Erməni mahnısı, tük çıxması, FƏTÖ bağlantısı... "Mado"dan şok faktlar...

Erməni mahnısı, tük çıxması, FƏTÖ bağlantısı... “Mado” restoranları haqda davamlı olaraq şikayətlər mediaya və sosial şəbəkələrə çıxır

Cahan.info-nun yaydığı xəbərə görə, restorana inam azalıb.

Bu günlərdə minval.info da yazıb ki, iaşə obyektində süfrəyə gətirilən yeməyin içərisindən tükün çıxması restoranın fəaliyyətinə olan etimadı azaldıb.

Hətta yazılan şərhlərin arasında müğənni Şəbnəm Tovuzlunun da başına “tük hadisəsi” gəldiyi yazılıb.

Sözügedən restoranda xidmət səviyyəsi Marian çökəkliyindən səviyyəsindən də aşağı düşüb.

Maraqlıdır ki, burada yerli müştərilərdən daha çox əcnəbilərə xoş sifət göstərilir. Görünür, ölkəmizə turist axını "Mado” rəhbərliyinin başını gicəlləndirib.

Həmin obyekt şəhərin mərkəzi küçəsində yerləşdiyindən müştəri baxımından korluq çəkmir. Lakin müştərinin çoxluğu da burada xidmət göstərənlərin qonaqlara qarşı qeyri-etik davranışına səbəb olmamalıdır.

"Mado” fəaliyyət göstərdiyi müddət ərzində daima qalmaqallarla yadda qalıb. Maraq üçün qeyd edək ki, sözügedən obyektdə bir müddət əvvəl erməni müğənni Şerlin Sarkisyanın "Believe” adlı mahnısının səsləndirilməsi ciddi etirazlara səbəb olub.

Bundan başqa dövrü mətbuatda "Mado” rəhbərliyinin Türkiyədə dövlət çevrilişinə cəhd göstərən terrorçu Fətullah Gülənin adamları olmasına dair xəbərlər də yayılıb.

İddialara görə, vaxtı ilə Prezident Administrasiyasında rəhbər postlardan birini tutan Elnur Aslanov həmin şəbəkənin Azərbaycandakı liderlərindən biri olub.

Fətullah Gülənin adamları sayılan həmin şəxslərin daima görüş üçün "Mado”nu seçdiyi də yayılan xəbərlər arasında idi.

Cahan.info-nun yaydığı xəbərə görə, Bakumedia.az saytının hadisə yerində olan əməkdaşının sözlərinə görə müştərilərdən birinin doğum gününü təbrik etmək məqsədi ilə, dostlarından biri yanında gətirdikləri tortu kəsmək istəyərkən problemlə rastlaşıblar.

"Mado"da yedikləri yeməkdən sonra, tortu stola qoyub onu kəsmək istəyən müştəriyə yaxınlaşan "Mado" restoranlar şəbəkəsinin əməkdaşları "Gənclik Mall"-da yerləşən restoranda doğum günü tortundan dadmağa icazə verməyiblər.

Üstəlik bu qadağanın rəhbərlik səviyyəsində qadağa olduğunu bildiriblər. Müştəri öz növbəsində bunun doğum günü hədiyyəsi olduğunu bildirsə də, icazə verilməyib.

Bir müddət əvvəl Emin Fərhadlı adlı vətəndaş “Mado” restoranlar şəbəkəsinin 28 mall ticarət mərkəzində fəaliyyət göstərən filialında müştərilərin hüquqlarının kobud şəkildə pozulduğunu bildirmişd.

Vətəndaş deyirdi ki, dekabrın 4-ü axşam saatlarında deyilən ünvandakı “Mado”da kobud rəftarla rastlaşıb:

“Həmin restorana tez-tez gedənəm. 28 mall-dakı filialda birinci dəfə idi olurdum. Telefonla internetə girmək istədim. Baxdım mümkün olmur. İşçi personalından kodu soruşdum.

Dedi ki, kodsuz qoşulmaq olur. Nə qədər çalışdımsa mümkün olmadı. Səbəbini soruşduqda kobud cavab aldım. Dedilər ki, internetimiz yoxdur, xoşun gəlmirsə, get başqa yerə.

Bu cavab məni çox əsəbləşdirdi. Rəhbərliyi çağırdım. Cavan bir oğlan yaxınlaşıb uzrhaqlıq etsə də, bildirdi ki, internetə qoşulmaq problem olduğu üçün, məsələ alınan deyil. (azinforum.az)

"Mado” restoranlar şəbəkəsi telefonu şarj etmək istəyən, amma daha sonra imtina edən müştərisindən 35 manat tələb edib.
Bu barədə sosial şəbəkədə Şahin Amanov adlı istifadəçi məlumat yayıb. O bildirib ki, bu gün günorta saatlarında "Mado”da qəribə hadisə ilə üzləşib:

"Telefonu "zaryadka”ya qoymaq istədim,ofisiant dedi ki, 10-15 dəqiqədən sonra mümkün olacaq, çünki "zaryadka”da 7-8 telefon var.

Dedim onda hesabı gətirin, "zaryadka” lazım deyil. Hesab gəldi, ofisianta dedim "Qardaş, bu Powerbank 5200 nədirsə, biz belə şey yeməmişik".

Bu qədər özündən razı, müştəriyə yuxarıdan aşağı baxan, qlamurların məskəninə çevrilən bir restoranla bağlı saysız-hesabsız faktlara rəğmən, "Mado" deyilənləri danır. Reallıq göz önündə...

Oxşar xəbərlər