Azərbaycanlının öldürdüyü qadının son sözləri — AUDIO

Azərbaycanlının öldürdüyü qadının son sözləri — AUDIO Azərbaycanlı sabiq polis əməkdaşı olan Rövşən Şabanovun Moskvadakı binalardan birinin liftində qətlə yetirdiyi qadının hücum zamanı liftin dispetçeri ilə söhbətinin audioyazısı yayımlanıb.
"Ölkə.Az" Rusiya KİV-ə istinadən xəbər verir ki, qətlə yetirilən Larisa Frosina dispetçeri çağırma düyməsinə basa bilib, ancaq əlaqənin digər tərəfində oturan qadın polisi çağırmağa tələsməyib.

Şabanov evə qayıdan Frosinanı binada bıçaqlayıb. Onun cəsədi həmin binanın liftində aşkar edilib.

“Ey, liftdəki qız!" Sizi kamera çəkir. Polis çağıracam”, - dispetçer bildirib.

Audioyazıda qadının qatilə pulu götürməsini və ona yazığı gəlməsini istədiyi aydın eşidilir.

“Pulu götür. Xahiş edirəm... İstədiyin hər şeyi götür”, - Larisa yalvarır.

Ancaq dispetçer niyəsə polis çağırmır və bir daha kömək lazım olduğunu soruşur.
“Liftədki qız, alo? Polis çağırım?”, - dispetçer soruşur.

“Kömək edin”, - Frosinanın səsi eşidilir.

Bu da dispetçeri razı salmır.

“Çağırım, hə?”, - dispetçer qadın soruşur.

Məlumatlara görə, qadın və qatili liftdə 9 dəqiqə qalıb. Bu müddət ərzində Larisaya 10 bıçaq zərbəsi vurulub. Huşunu itirən qadının həyatını xilas etmək mümkün olmayıb.


Oxşar xəbərlər