Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olan PKK terrorçusu olan qadın qruplaşmada baş verənlərdən danışıb. “Ölkə.Az” xəbər verir ki, qadın terrorçu Kandilə getdiyinin ikinci günü zorlanıb: “Səhər məsul şəxsə dedim. “Gəl mənə olanları danış” dedi və sığınacağında məni zorladı”. Son üç ildə 967 nəfər qadın PKK terror qruplaşmasından qaçıb, 183 nəfər isə sağ və ya yaralı şəkildə həbs edilib. Qadınlar qruplaşmada baş verən iyrənc hadisələrdən danışıblar. 1150 terrorçu qadınla aparılan söhbət nəticəsində hesabat hazırlanıb. Hesabda terror qruplaşmasının qadınlardan necə istifadə etdiyi üzə çıxıb. Rojin Besta (Batman): “Məndən 11 yaş böyük biri ilə evlənib 4 uşaq sahibi olduqdan sonra dağa çıxmağı xilas yolu görmüşdüm. 5-ci gün zorlandım. Təslim olan bir dostumun danışdıqlarından təsirlənib geri qayıtdım. Beritan Amed (Muş): “Kandilə ayaq basdığımın ikinci günü zorlandım. Səhər məsul şəxsə dedim. “Gəl mənə olanları danış” dedi və sığınacağında məni zorladı”. Qabar Rojbin (Bitlis): “Ögey anamın əlindən qaçıb PKK-ya sığındım. 5 il ərzində zorlanma əleyhinə çıxış edən 11 qadının intiharına və 8 qadının qətlinə şahid oldum”. Rozerin Batman (Diyarbəkir): “Bədənimdə məruz qaldığım işgəncə və zorlanmanın izləri var”. Sara Kanireş (Mardin): “PKK-nın hərbçi qadın qolu olan YJA-Starın rəhbəri Hülya Eroğluna “Bizi seks köləsi kimi işlədirlər” dedim. “Hamımız bu yoldan keçdik” cavabını verdi”. Berjin Amara (Şırnak): “Kandildə işgəncə əleyhinə çıxan Mərsinli Məryəm və Maraşlı Zöhrəni eyni gündə güllələdilər”. Beritan Sterk (Şanlıurfa): “Kandildə Duran Kalkan məni zorladı”. Dilovan Amara (Ağrı): “Qruplaşmada qadınları zorlayanları heç vaxt cəzalandırmırlar”. PKK-ya qoşulan qadınların 79%-i 15-22 yaş arasındadır. Bu qadınların 55%-i 15-18 yaş arasında aldadılaraq və ya qaçırılaraq qruplaşmaya qoşulub. Terrorçu qadınların 5%-i ali təhsilli, 13%-i 11 sinif şagirdi, 59%-i ibtidai sinif təhsillidir. 11% isə sadəcə oxumaq və yazmağı bacarır. 12%-i isə bunu da bacarmır. PKK-ya qoşulan qadınların 90 faizi 30 gün ərzində zorlanır.