Azərbaycanın neçə general-polkovniki var? – Siyahı

Azərbaycanın neçə general-polkovniki var? – Siyahı Xəbər verdiyimiz kimi, dünən İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevə general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Bununla da M.Quliyev də bu rütbəni daşıyan şəxslərin sırasına daxil olub.

Axar.az ölkəmizdə hazırda bu rütbəni daşıyan şəxslərin təxmini siyahısını təqdim edir:

1. Zakir Həsənov – Müdafiə naziri

2. Nəcməddin Sadıqov – Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi

3. Ramil Usubov – Daxili İşlər naziri

4. Kəmaləddin Heydərov – Fövqəladə Hallar naziri

5. Elçin Quliyev – Dövlət Sərhəd Xidmətinin rəisi

6. Vaqif Axundov – Xüsusi Dövlət Mühafizəsi Xidmətinin rəisi

7. Bəylər Əyyubov – Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəisi

8. Namiq Abbasov – Azərbaycanın sabiq milli təhlükəsizlik naziri (1995-2004), Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri (2004-2012)

9. Səfər Əbiyev – Azərbaycan Respublikasının eks-müdafiə naziri

10. Eldar Mahmudov – sabiq milli təhlükəsizlik naziri

11. Tofiq Ağahüseynov – Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı)

12. Aydın Əliyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin keçmiş sədri

13. Zakir Qaralov – Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik)

14. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik)

15. Fazil Məmmədov – I dərəcəli dövlət vergi xidməti müşaviri (general-polkovnik).

Oxşar xəbərlər