Azərbaycan Premyer Liqasında 4-cü turun oyunlarına start verilib.
“Qafqazinfo” xəbər verir ki, turun açılış matçında “Qarabağ” “ Sumqayıt”ı qəbul edib.
Matçın taleyini 1 qol həll edib. 21-ci dəqiqədə Filip Ozobiçin penaltidən vurduğu qol “Qarabağ”a 1:0 hesablı qələbə qazandırıb. “Sumqayıt” 70-ci dəqiqədə Yusif Nəbiyevin qırmızı vərəqə almasından sonra matça 10 nəfərlə davam edib.
Qeyd edək ki, bir oyunu ehtiyatda olan “Qarabağ” 7 xalla şərikli liderliyə yüksəlib. 4 xalı olan “Sumqayıt” isə 5-ci pillədədir.