Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Premyer Liqasında 16-cı tuta start verilib.
Turun açılış matçında “Qəbələ” öz meydanında “Zirə”ni qəbul edib.
Matç meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.
AZTB.info qafqazinfo-ya istinadən xəbər verir ki, matçın final fiti səsləndikdən sonra futbolçular arasında dava düşüb. Hadisələrin əsas mərkəzində “Zirə”nin oyunçusu Riçard Qadze, Sadio Tonkara və “Qəbələ”nin kapitanı Cavid Hüseynov olub.
Digər futbolçuların araya girməsi ilə tərəflər hadisə yerindən uzaqlaşdırılıb.
Hadisə ilə bağlı newsport.az saytı yazıb ki, qalmaqal meydandan kənarda da davam edib.
Məlumata görə, paltardəyişmə otağının qarşısında dayanan “Qəbələ” klubunun mühafizəçilərindən biri Ayxan Abbasovu kəllə ilə vurub. Mətbuat konfransı başa çatdıqdan sonra isə Ayxan Abbasovu “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov iş otağına dəvət edib. Tərəflər arasında 40 dəqiqəlik görüş baş tutub.
Oyundan sonra “Zirə”nin futbolçularına media mənsublarına açıqlama verməsinə də qadağa qoyulub.