Reablitasiya mərkəzlərinə ciddi ehtiyac var; ekspertlərdən fərqli baxış, çıxış yolları…
Azərbaycanda kriminal statistikada diqqəti cəlb edən bir məqam var. Əsasən daha öncə məhkumluq həyatı yaşamış şəxslər tərəfindən törədilən cinayət işləri üstünlük təşkil edir. Türmədən çıxan kimi həyat yoldaşını öldürən və ya eks-məhkum tərəfindən həyata keçirilən oğurluq hadisələri barədə dəfələrlə oxumuşuq. Bu isə özlüyündə ölkədə keçmiş məhkumlar üçün reabilitasiya, adaptasiya mərkəzlərini mütləq edir.
Mərkəz ötən ildən tikilməyə başlayıb, amma…
“Yeni Müsavat” xatırladır ki, 2017-ci ilin oktyabrında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin yaradılması haqda qərar imzalanıb.
Bu qərara əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin Qobustan rayonunda istismarına icazə verilmiş binası, binaya aid bütün infrastruktur qurğu və avadanlıqlar Sosial Adaptasiya Mərkəzinin balansına, onun yerləşdiyi torpaq sahəsi isə istifadəsinə verilib. Qeyd olunur ki, mərkəzin saxlanılması üçün tələb olunan xərclər dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində nazirlik üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçiriləcək.
2017-ci il 17 oktyabr tarixdə Nazirlər Kabinetinin 434 nömrəli qərarına əsasən Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya mərkəzinin yaradılması nəzərdə tutulur. Qobustan rayonunda yerləşən bina istifadəyə verildikdən sonra orada həmin şəxslərin sosial mühitə adaptasiyası eləcə də, onların peşə hazırlığının təşkili, ümumən hüquqlarının müdafiəsi üçün işlər aparılacaq.
Bu, ilk sosial reabilitasiya mərkəzidir. Ehtimallara görə, bu mərkəz gələcəkdə cinayət hallarının azalmasına təsir göstərə bilər. Həbsxana həyatında 15 il cəza çəkmiş, cəmiyyətdən ayrılmış şəxsin yenidən sosial adaptasiyası, bu kimi adamların cəmiyyətə hazırlanmaları üçün müəyyən müddət (6 ay yaxud başqa) qoyulacaq. Amma bunlar detal olduğu üçün onlar barədə hələlik konkret qərarlar qəbul olunmayıb.
“Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslərin sosial adaptasiyası haqqında” Qanun layihəsi ölkədə sosial adaptasiya mərkəzlərinin yaradılmasını, keçmiş məhbuslara tibbi, psixoloji, hüquqi, informasiya və maddi yardımın göstərilməsini nəzərdə tutur. Keçmiş məhbuslara orta əmək haqqının dörd misli qədər birdəfəlik pul verilməlidir ki, bu da 400-500 manat deməkdir. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş keçmiş məhbuslar bir il müddətində sosial reablitasiya mərkəzlərində qala bilərlər. Bu müddət keçmiş məhbusun penitensiar müəssisədən azad olunduğu gündən deyil, sosial reabilitasiya mərkəzində qeydiyyata götürüldüyü gündən hesablanmallıdır.
Ailəsini, işini itirən məhkum azadlıqdakı həyata niyə uyğunlaşa bilmir?
Psixoloji araşdırmalar onu göstərir ki, məhbuslar azadlığa çıxdıqdan sonra onların sosial həyata uyğunlaşması üçün ilk ay çox vacibdir. Həbsxanadan azad olunduqdan sonra cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkən, bir çox hallarda iş, ev problemləri ilə üzləşən məhkumlar yenidən cinayət törədərək həbsxanaya düşməli olurlar. Türmə divarları arasında özlərinə uyğun həyat yaşayan məhkumlar həmin dönəmdə müvafiq bir imic də formalaşdırırlar. Azad olunan kimi bu imic aradan qalxır və azadlıqdakı həyatla uyğunlaşmaq çətin olur.
Sosioloji araşdırmalar sübut edir ki, azadlığa çıxan məhbuslar bəzi hallarda ailələrini də itirmiş olurlar. Ya ailələri çox vaxt onlardan imtina etmiş olur, ya da özləri ailələsinə geri qayıtmaq istəmirlər. Cəza çəkməkdən azad edilən şəxslər azadlığa buraxılan zaman cəmiyyətə uyğunlaşmasa, cəmiyyət özü həmin şəxsin yenidən cinayət törətməsinə bais olur.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, “Məhkumluğunu başa vurmuş şəxslərin sosial adaptasiyası” haqda qanun var. Müsahibimizin sözlərinə görə, bu qanun keçmiş məhbuslar üçün müvafiq infrastruktur sahələri yaratmağı, dövlət tərəfindən onlara yardım göstərməyi tələb edir: “Doğrudur, keçmiş məhkumlar 400 manata yaxın vəsaiti ala bilirlər. Amma bir sıra məhkumlar var ki, həbsxanadan birbaşa küçəyə çıxırlar. Nə yerləri olur, nə də müvafiq daldalanacaqları. Həmin qanuna görə, müvafiq yataqxanalar tikilməli idi. O müzakirələr neçə müddətdir davam etsə də, ortada hər hansı nəticə yoxdur”.
Müsahibimiz hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu mərkəzləri tikməklə yanaşı, paralel nəzərdə tutulan başqa tədbirləri də həyata keçirməli idi: “Məşğulluq məsələsi çox vacibdir. Kriminal keçmişi olan şəxsləri heç kim işə götürmək istəmir. Kriminal keçmişi olan şəxslərin əməyindən istifadə, peşə yönümünün artırılması da bu qəbildəndir. Hazırda qabarıq görünən o yataqxananın tikilməməsidir. Müvafiq ayrılmalar yoxdur. Dövlət büdcəsindən o vəsaitin ayrılması, prosesin sürətləndirilməsi birbaşa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə düşür və bunun zamanında edilməməsi mənfi nəticələrə gətirib çıxarır. Amma bir faktı da unutmayaq ki, bəzi məhkumlar çarəsizlikdən türməyə qayıdır. Oğurluğa görə tutulubsa, çıxandan sonra da oğurluq edir. Tutaq ki, nə işi var, nə də evi. O adam təbii ki, yenidən cinayət əməlinə əl atır. Türmədəkilərin 60 faizi evdən sovqat ala bilmir. Türmədə verilən qida, dərmanları həyatını davam etdirə bilir”.
“Yeni Müsavat” isə xatırladır ki, keçmiş məhkumların üzləşdiyi problemlərdən biri də onların işlə təmin olunmamasıdır. Məhkumun iş tapa bilməməsi onun əvvəlki peşə üzrə vərdişlərinin yaddan çıxarması, cinayətkar keçmişi və ölkədəki işsizliklə əlaqədardır. Bundan başqa, bir çox özəl və dövlət sektorunda keçmiş məhkumu işə götürmürlər.
Əliməmməd Nuriyev: “Eks-məhkumlar üçün sığınacaqlar yaradılmalıdır”
Ədliyyə Nazirliyi yanında Penitensiar Sistemə Nəzarət üzrə İctimai Komitənin üzvü, hüquq müdafiəçisi Əliməmməd Nuriyev isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bir çox hallarda mətbuatda keçmiş məhkumların yenidən cinayət törətməsi ilə bağlı xəbərlər yer alır. Müsahibimizin sözlərinə görə, Azərbaycanda MDB və Şərqi Avropa ölkələri ilə müqayisədə təkrar cinayət etmə faktları geniş yayılmayıb: “Cəza müddəti başa çatmış, yaxud bu və ya digər formada cəzadan azad edilmiş şəxslərin yenidən cinayət törətməsi cəmi 5 faizi təşkil edir. Bu, orta göstəricidən də xeyli dərəcədə aşağıdır. Amma bu göstəricini daha da aşağı salmaq mümkündür. Cinayət özü sosial hadisədir. Cinayətkarlığın səbəbləri bir sıra hallarda sosial problemlər, habelə keçmiş məhkumların məşğulluğu problemi ilə bağlıdır. Ölkəmizdə cəzadan azad edilmiş şəxslərin məşğulluq məsələsi həll olunur. Bu şəxslərin daha çox işlə təmin edilməsi faizi artır. Amma bu, yetərli deyil. Özəl sektor məhkum olunmuş şəxsləri işə götürməkdə maraqlı deyil. Qanunda kvotalar, güzəştlər, limitlər olsa da, buna əməl edilmir. Azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiya qanunu 2007-ci ildə çıxıb. Bu qanunda şərtlər nəzərdə tutulub, məhkumun azad olunmasına 3 ay qalmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nümayəndələri cəzaçəkmə müəssisələrinə gələrək, məhkumların azadlığa çıxması ərəfəsində bir sıra sosial xarakterli hərəkətlər edirlər”.
Ə.Nuriyev dedi ki, məhkumların eyni zamanda peşəkarlıq baxımdan da problemləri var. Onların ixtisaslı peşələrinin olmaması işlə təmin olunmada axsamalar yaşadır: “Bazar iqtisadiyyatı şəraitində peşəkarlığı olan şəxslərin işə cəlb edilməsi prosesi baş verir. Cəzaçəkmə müəssisələrində iş ixtisasları üzrə hazırlıqlıar gedir. Amma bu proqramlar köhnədir. Yeni peşələr üçün yeni proqramların hazırlanmasına ehtiyac var. Peşə yönümlü təhsildə məhkumlar üçün təhsil proqramları olmalıdır. Eyni zamanda təlim proqramları, peşə təlimi proqramları da var”.
Müsahibimiz eyni zamanda bildirdi ki, bəzi məhkumlar cəza çəkdiyi müddətdə yeni mədəniyyətə, türmə qaydalarına yiyələnirlər. Bu da onların yenidən cinayətə meylliliyini təmin edir. Fərqli davranışlar sistemində yaşamaları öz nəticəsini yeni bir cinayətdə göstərir: “Daha bir məqam da odur ki, azadlığa çıxandan sonra məhbusları ailəsi qəbul etmir. Onlarda sosiallıq yoxdur və mülki cəmiyyətdə olan davranışlara uyğunlaşmaq çətin olur. Bu da onların cinayətə meylliyini asanlaşdırır. Çıxır, iş yox, ailə yox. Ona görə də yenidən türməyə düşmək üçün yollar axtarır. Türmədə yaşamaq, yemək problemi yoxdur, məhkumlar işıq, qaz pulu vermir və bir çox öhdəliklərdən azaddır. Əgər mülki həyatda da onları gözləyən yoxdursa, yenidən ora qayıtmağa meylli olurlar”.
Ə.Nuriyevin fikrincə, mülki həyata hazırlıq üzrə proqramlar dəyişməli, fərdi proqramlar hazırlanmalıdır. Müsahibimiz bildirdi ki, yetərli kadrlara, sosial işçilərə ehtiyac var: “Bu, bütövlükdə cəmiyyət üçün çətindir. Peşəkar vərdişlərin yenilənməsi üçün belə kurslar vacibdir. Bu istiqamətdə daha çox işlər görülməlidir. Penitensiar Xidmət və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə işlər görür. Vətəndaş cəmiyyəti bu işdə aktiv olmalıdır. QHT Dövlət Dəstəyi Şurasına bu istiqamətdə müraciət edən qeyri-hökumət təşkilatlarının layihələrinin maliyyə tutumu azdır. Beynəlxalq donorlara çıxış yetərli deyil. Özəl sektor bu gün vətəndaş cəmiyyətinin layihələrini maliyyələşdirmir”.
Problemdən çıxış yolu kimi Ə.Nuriyev həm də Azərbaycanda cəzanın humanistləşdirilməsi istiqamətində mühüm addımların atılmasının vacibliyini bildirdi. Onun fikrincə, cəza törədən şəxslərə münasibətdə onların azadlıqdan məhrum etmə yox, digər cəzaların tətbiqinə keçilməlidir: “Bu halda o şəxslərin türməyə getmədən alternativ cəzalandırılması mümkün olacaq. Nəticədə mülki vərdişləri tərgitməyəcəklər. 10 fevral 2017-ci ilə qədər daha çox insan azadlıqdan məhrum etmə cəzası ilə cəzalanır, türmələr yüklənirdi. Bu da ilk dəfə cinayət etmiş şəxslərdə cinayətkarlıq vərdişlərini gücləndirirdi. Məhkum az olanda onları islah etmək daha asan olur. Bütün bunlar azadlıqdan məhruim etmə cəzasının miqyasını azaldır. Bu fərmandan sonra cinayət törədənlərin sayı 30 faiz azalmışdı. Demək olar ki, məhkəmələr tərəfindən daha çox alternativ cəzaların tətbiqi həyata keçirilir. Azadlıqdan məhrum etmə ağırdır, insanı cəmiyyətdən uzaqlaşdırır. Həbs cəzası ağır cinayət etmiş şəxslərə tətbiq olunmalıdır”.
Müsahibimiz sonda onu da dedi ki, keçmiş məhbuslar üçün sığınacaqların olmaması da problemin miqyasını böyüdür:“Tutaq ki, məhkum azadlığa çıxıb. Amma onun yaşamaq üçün yeri yoxdur. Halbuki bu cür sığınacaqların olması psixoloji yardım, yeni əmək vərdişlərinin, yeni peşələrin yiyələnməsi baxımndan imkanlar yaradardı”.
Dünya ölkələrinin bir çoxunda məhkumların əmək qabiliyyətini bərpa etmək və onları azadlığa buraxıldıqdan sonrakı həyata hazırlamaq məqsədilə bir sıra reabilitasiya tədbirləri həyata keçirilir. İlk növbədə, cəzaçəkmə müəssisələrinin tabeliyində olan istehsalat sahələrində məhkumların əməyindən istifadə olunur. Hətta onlara əməkhaqqı olaraq müəyyən qədər maaş da verilir. 2013-cü ilin statistik göstəriciləri ABŞ-da 1 milyon 260 min məhkumun olduğundan xəbər verir. Bu qədər məhkumun illik xərci 50 milyard dollara başa gəlir. Lakin dövlət həbsxanaların tabeliyində olan istehsalat müəssisələrində məhkumların əməyindən istifadə edərək, 72 milyard dollar gəlir əldə edir. Bunlar əsasən sanitar-gigiyena, yeməklərin hazırlanması, kommunal-təsərrüfat, nəqliyyat xidmətləri kimi sahələrdir. ABŞ xarici ölkələrdə yerləşən istehsalat bazalarını geri qaytarmaqla məhbusların məşğulluq səviyyəsini artırır. Buna görə də bir çox şirkətlər ucuz işçi qüvvəsi toplamaq üçün öz müəssisələrini xaricdə deyil həbsxanalarda qururlar. Bu həm məhbuslara yardım edir, həm də ölkədəki ticarətin inkişafına təkan verir.