"Azərbaycanda "Premium Euro-95" və "Super Euro-98" markalı yanacağın qiyməti qalxması dəyəri 70-80 min dollardan artıq olan avtomobil sahiblərinə təsir edəcək".
Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Rüfət Quliyev ötən gün "Premium Euro-95" və "Super Euro-98" markalı yanacağın qiymətinin qalxmasının kimlərə təsiretmə ehtimalına münasibət bildirərkən deyib.
Millət vəkili qiymət artımının özünə də təsir etməyəcəyini diqqətə çatdırıb, çünki deputat Aİ-92 markalı benzindən istifadə edir:
"Birincisi, mən özümü fikirləşdim. Mən özüm avtomobil üçün Aİ-92 markalı benzindən istifadə edirəm. Aİ-92 markalı benzinin qiyməti isə bildiyimiz kimi artmayıb".
Onun sözlərinə görə, kim bahalı maşın sürürsə, bu qiymət artımı ona təsir edəcək:
"Qiymət artımı baha qiymətə olan avtomobil və yüksək oktanlı benzinlə işləyən avtomobil sahiblərinin problemidir. Aşağı və orta təbəqədən olan insanlara qiymət artımının heç bir təsiri olmayacaq".
R. Quliyev əlavə edib ki, digər tərəfdən, daşınma ilə məşğul olan, mal paylayan, rayonlardan Bakıya mal gətirən nəqliyyat vasitəsi sahibləri də bu qiymət artımından təsirlənməyəcəklər:
"Çünki həmin nəqliyyat vasitələrinin sahiblərinin heç biri "Premium Euro-95" və "Super Euro-98" markalı yanacaqdan istifadə etmir. Onlar ya dizellə, ya da aşağı oktanlı benzinlə işləyirlər".
Xatırladaq ki, ötən gündən etibarən Azərbaycana idxal edilən"Premium Euro-95"in satış qiyməti 1,50 manata (əvvəl 1.25 AZN)., "Super Euro-98" markalı benzinin qiyməti isə 10 qəpik artırılaraq1,60 manata qaldırılıb. Daxili istehsal olan Ai-92 markalı benzin qiyməti isə dəyişməz qalaraq, 1 litrə görə 90 qəpik təşkil edir.