Mədəniyyət” kanalında yayımlanan “Keçmişdən Gələcəyə” televiziya verilişinin aparıcısı, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi və tarix elmlər doktoru Güllü Yoloğlu sözügedən verilişində saxta “Böyük Ermənistan” xəritəsinin kadr arxası efirə verilməsinin səbəblərini açıqlayıb.
Teleaparıcı Güllü Yoloğlu “Ölkə.Az”a açıqlamasında bildirib ki, verilişində saxta “Böyük Ermənistan” xəritəsinin kadr arxası efirə verilməsi bilavasitə rejissor səhvi olub.
O, sözügedən veriliş rejissoru Davud Mikayıllının proqramdan uzaqlaşdırılaraq cəzalandırıldığını söyləyib:
“Bu barədə mətbuatda yazılmamışdan öncə biz məsələni araşdırdıq, rejjisorun izahatını aldıq və Davud Mikayıllıya lazımı cəza verildi. Əslində, Davud Mikayıllı başqa verilişin rejissoru idi. Verilişin rejissoru məzuniyyətdə olduğu üçün Davud Mikayıllı onu əvəz edib. Biz Davuda çıxışçılarla bərabər kifayət qədər material vermişdik. Natiq Alışov 100-ə qədər foto və video materialları vermişdi. Bunlar kifayət edirdi ki, “Keçmişdən Gələcəyə” verilişi yaxşı alınsın. Mənim efirdə danışığımda və ya çıxış edənlərin fikirlərində heç bir nöqsan olmayıb. Sadəcə olaraq həmin verilişə rejissorluq etmiş Davud Mikayıllı nəyə görəsə internetdən “Böyük Ermənistan” yazılmış foto-xəritəni taparaq efirə verib. Halbuki, ona bütün xəritə və digər foto materiallar əvvəlcədən verilmişdi. Çox vaxtı isə heç materialı biz də vermirdik. Sonra biz ondan izahat tələb edirik ki, axı nə üçün bunu etmisən? Rejissor quzu kimi dayanıb üzümüzə baxır, heçnə demir. Soruşursan ki, Davud nə üçün belə etmisən? Deyir ki, internetdən “Albaniya” yazıb bu fotonu tapmışam, üzərində yazılan “Böyük Ermənistan” sözünə diqqət etməmişəm və sairə. Həmin xəritə ümumiyyətlə o verilişdə lazım deyildi”.
Teleaparıcı sözügedən məsələdə heç bir məsuliyyət daşımadığını deyib:
“Mən rejissora nə xəritə, nə də digər material verilməsini tapşırmamışam. Ümumiyyətlə bizim o verilişdə xəritə göstərmək fikrimiz olmayıb. Rejissora əvvəlcədən kifayət qədər də material verilmişdi. Mənə elə gəlir ki, Davud Mikayıllı məqsədli şəkildə bunu etməyib. Sadəcə düşünüb ki, mən də bir iş görüm deyə, internetdən xəritə axtarıb üzərində yazılan sözləri oxumadan efirə verib. Yəni, mən bunun məqsədli şəkildə edildiyini düşünmürəm. Davud Mikayıllı elə adamdır ki, o heç zaman siyasətə qarışan deyil, siyasi partiyalardan xəbəri yoxdur. İnandırım ki, başını aşağı salıb sakitcə işləyən və ailəsinə çörəkpulu aparan adamdır. Ola bilər ki, Davud Mikayıllı qanmazlığından bunu edib. Bəlkə də fikirləşib ki, mən də rejissoram, mənim də nə isə işim olsun. Nəticədə də qaş düzəltdiyi yerdə vurub göz çıxarıb. İndi də onu danlayırsan, izahat istəyirsən, adamın üzünə quzu kimi baxıb lal dayanır. Adam da qalır ki, buna necə cəza versin. Axı nə edək ona? Adamın iki körpə uşağı var, biri isə bu yaxınlarda doğulub. Ümumiyyətlə, işdən çıxarılsa bu nə qədər düzgün olar? Digər tərəfdən isə onu işdən çıxartmaq mənim səlahiyyətimdə deyil. Rəhbərlik də belə qərar verib onu cəzalandırıb. Artıq o, verilişdən tam kənarlaşdırılıb”.