Trampdan Türkiyəyə daha bir zərbə

Trampdan Türkiyəyə daha bir zərbə Xəbər verdiyimiz kimi, dünən ABŞ prezidenti Donald Tramp 2019-cu maliyyə ili üçün (ABŞ-da 1 oktyabr tarixindən başlayır) 716 milyard dollar həcmində müdafiə büdcəsini təsdiq edən sənədini təsdiq edib.
Mia.az bildirir ki, yeni büdcə layihəsinin təsdiqlənməsi ilə ABŞ-ın Türkiyəyə qarşı daha bir sanksiyası qüvvəyə minib.
Belə ki, sənədə əsasən, Tramp ABŞ-ın Türkiyəyə F-35 qırıcılarının satışını da əngəlləyib.
Onu da qeyd edək ki, yeni büdcəyə görə, ABŞ-da hərbçilərin sayı artırılacaq. Onların sayı təqribən 16 min nəfər artacaq. Bundan əlavə, hərbçilərin pul təminatı 2,6 faiz artırılacaq. Sənəd Ukraynaya hərbi yardım göstərilməsi, həmçinin hərbi sahədə Rusiyaya müqavimət göstərməyə yönəlmiş bir sıra tədbirlərin davam etdirilməsini nəzərdə tutur.

Oxşar xəbərlər