Efirdə din xadimi ilə qalmaqal – “Bu gedişlə çox yaşamayacaqsan” – VİDEO

Efirdə din xadimi ilə qalmaqal – “Bu gedişlə çox yaşamayacaqsan” – VİDEO “Space TV”də yayımlanan “El bizim, sirr bizim” verilişində intihar mözusundan danışan qonaqlar arasında qalmaqal yaşanıb.

Proqrama dəvət alan jurnalist Cavid Əhmədoğlunun müğənnilər, falçılar və ilahiyyatçıları bir qəbildən hesab etməsi narazılığa səbəb olub.

O, bu peşələrin nümayəndələrini insanların “qazandırdığını” deyib:

“Bu təbəqədə olan insanların özünü öldürdüyünü görmüsünüz? Çünki onlar xoşbəxt yaşayır. Biz qazanıb həmin şəxslərə veririk. Məsələn, sizə (Hacı Təyyar göstərir – red.), yəni sizin peşədə olan insanlara. Cəmiyyətin səviyyəsi budur”.

Bu zaman din xadimi Hacı Təyyar onun sözünü yarımçıq kəsib və Hüseyn Caviddən şeir deyib.

Ardınca isə ilahiyyatçı ona “elə düşünürsən ki, çox bilirsən” deyib və çıxışının davamında jurnalisti ələ salıb:

“Bu böyük problemdir. Özünü çox bilmiş hesab etməyin səni yavaş-yavaş intihara aparacaq. Ölüm əlamətləri hiss olunur. Ya da ki, bu dillə çox yaşamayacaq”.


Oxşar xəbərlər