“Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı 30 noyabr – 1 dekabr 2017-ci il tarixində Bakıda keçiriləcək.
XIN-in mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, 7-ci nazirlər konfransında “Asiyanın Qəlbi” - İstanbul Prosesində iştirak edən və bu prosesə dəstək verən ölkələr və beynəlxalq təşkilatlar iştirak edəcək.
Nazirlər konfransından öncə 30 noyabr tarixində yüksək səviyyəli rəsmilərin iclası keçiriləcək.
“Asiyanın Qəlbi” - İstanbul Prosesinin Hindistanın Amritsar şəhərində 4 dekabr 2016-cı ildə keçirilmiş nazirlər konfransının yekun Amritsar bəyanatında “Asiyanın Qəlbi” - İstanbul Prosesinin 2017-ci il üzrə Əfqanıstanla birlikdə həmsədri kimi növbəti nazirlər toplantısının ölkəmizdə keçirilməsinə dair Azərbaycanın niyyəti təqdir edilib.
Azərbaycanın “Asiyanın Qəlbi” - İstanbul Prosesinə həmsədrliyi dövründə İstanbul Prosesi çərçivəsində yüksək səviyyəli rəsmilərin görüşü 17 mart 2017-ci il tarixində Bakıda təşkil olunub. “Asiyanın Qəlbi” - İstanbul Prosesi “Asiyanın Qəlbi” regionda sabitlik, sülh və çiçəklənmənin təşviqi və Əfqanıstanın bütün region ilə bağlantısının genişləndirilməsi üçün siyasi dialoq və sıx regional əməkdaşlıq üçün vacib regional platformadır.
“Asiyanın Qəlbi” - İstanbul Prosesində iştirak edən dövlətlər və təşkilatlar sırasına Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, Çin Xalq Respublikası, Hindistan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Pakistan İslam Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan Respublikası, Türkiyə Respublikası, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir. Bu proses çoxsaylı digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Regional sülh, sabitlik və çiçəklənməyə töhfə vermək əzminə və Əfqanıstanla ənənəvi dostluq əlaqələrinə malik olan Azərbaycan 2012-ci ildə “Asiyanın Qəlbi” - İstanbul Prosesinə qoşulub.
Əfqanıstanın regional iqtisadiyyata inteqrasiyası, qonşu dövlətlərlə ticarət əlaqələrinin canlandırılması və regional bağlantılarının artırılması məqsədilə Azərbaycan Əfqanıstanla fəal şəkildə əməkdaşlıq edir. İstanbul Prosesi çərçivəsində Regional infrastruktur üzrə etimad quruculuğu tədbirləri layihəsində Türkmənistanla həm-rəhbər dövlət kimi çıxış edən Azərbaycan Əfqanıstan və digər tərəfdaşlarla birlikdə bu sahədə işləri davam etdirir. Regional infrastruktur üzrə etimad quruculuğu tədbirləri layihəsinin növbəti regional texniki qrupunun iclası 27 noyabr 2017-ci il tarixində Bakıda keçiriləcək.
Azərbaycanın təşəbbüsü ilə həyata keçirilməkdə olan regional bağlantı layihələri, o cümlədən fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars dəmir-yol xətti, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzərin sahilində logistika mərkəzi, Azərbaycan və İran İslam Respublikasının dəmir-yol şəbəkələrinin birləşdirilməsi Şərq-Qərb və Şimal-Cənub istiqamətləri üzrə multi-modal imkanlarla trans-regional infrastrukturun inkişafı baxımdan keyfiyyətcə yeni nailiyyətlərdir. Bu layihələr Əfqanıstanın dünya bazarına çıxışını asanlaşdıracaq və yüklərin daha qısa və daha az vaxt kəsimində səmərəli şərtlərlə çatdırılması üçün regionla bağlantısını təmin edəcək.
İstanbul Prosesi çərçivəsində Rusiya Federasiyası ilə birlikdə narkotiklərə qarşı mübarizə üzrə etimad quruculuğu tədbirləri layihəsinin həm-rəhbəri olan Azərbaycan region üçün ciddi təhdid olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Əfqanıstan və digər tərəfdaşlarla əməkdaşlığı davam etdirir. Narkotiklərə qarşı mübarizə üzrə etimad quruculuğu tədbirləri layihəsinin regional texniki qrupunun növbəti iclası 10 noyabr 2017-ci ildə Bakıda keçiriləcək.
İkitərəfli əsasda Azərbaycan öz təcrübəsini Əfqanıstanla bölüşür və yaxşı idarəçilik, müdafiə, hüquq-mühafizə və minaların təmizlənməsi üzrə təlim yardımlarını təmin edir.
Həmçinin, Azərbaycan şəxsi heyət, multi-modal tranzit imkanları, təlim və maliyyə yardımı təmin etməklə NATO-nun Əfqanıstanda İSAF-dan sonrakı “Qətiyyətli Dəstək Missiyası”na töhfə verir. Azərbaycan Əfqanıstan Milli Ordusunun etimad fonduna töhfə verib və bu fondu dəstəkləməkdə davam edəcək.
“Asiyanın Qəlbi” - İstanbul Prosesinin həmsədri və 7-ci nazirlər konfransının ev sahibi kimi Azərbaycan ikitərəfli əsasda, İstanbul Prosesi çərçivəsində və eləcə də çoxtərəfli platformalarda Əfqanıstandakı sabitlik, sülh şəraitində quruculuq və inkişafı dəstəkləyəcək.