Türkiyədə özünü din xadimi kimi təqdim edən və cinayətkar təşkilata başçılıq etdiyi üçün həbs edilən Adnan Oktarla bağlı istintaqın şok detalları üzə çıxmaqda davam edir.
Onun İstanbul Sarıyerdə yerləşən villasında polisə yaxalanmamaq üçün 3 qaçış planı ortaya çıxıb.
Belə ki, Adnan Oktar Üsküdardakı villasına gedərkən polis tərəfindən izlənildiyini öyrənib. Buna görə yolunu dəyişdirərək Üsküdardan Qəndilli bölgəsində yerləşən villasına doğru yol alıb. Lakin geri dönərək Beykoz sahilinə gedib. Bu sırada onu izləyən xüsusi təyinatlı qüvvələrin olduğundan xəbərsiz şəkildə Sarıyer istiqamətinə yol alıb. Məhz bundan sonra polis onun villasına basqın edə bilib və Adnan Oktar həbs edilib.
Əməliyyatdan sonra din xadiminin sənədləri araşdırılıb və onun ehtimal olunan basqınlara qarşı 3 ayrı plan hazırladığı ortaya çıxıb. Bu planlara polisin təqib edə bilməməsi üçün 2 heç işlənməmiş avtomobil və Qəndilli sahilində bir qayıq daxil olub.
Bundan əlavə, istintaq əməliyyatları zamanı Adnan Oktarın FETÖ terror təşkilatının idarəçiləri ilə üz-üzə görüşdüyü ortaya çıxıb.
A.Oktar və təşkilatına qarşı aparılan əməliyyatlarda 15 azyaşlı uşağın qrupda cinsi istismar edildiyi öyrənilib. İddiaya görə, təşkilat üzvü olan iki ana var-dövlət qazana bilmək üçün qızlarını Adnan Oktara təslim edib. O da qızları cinsi istismar məqsədilə istifadə edib.
Qeyd edək ki, Adnan Oktarın təşkilatının üzvü olmaqda ittiham edilən 235 nəfərə qarşı cinayət işi açılıb. Onlardan 200-ə yaxını həbs edilsə də, bəziləri polisdən qaçmağı bacarıb. Publika.az