Adnan Oktarın “kediciyi”ndən Ərdoğana dəstək

Adnan Oktarın “kediciyi”ndən Ərdoğana dəstək Prezident Rəcəb Tayyib Ərdoğanın sənətçilərlə birgə Suriya ilə sərhəddə yerləşən Hatay vilayətinə səfəri Türkiyədə, xüsusilə də, müxalifər düşərgəsində birmənalı qarşılanmayıb.

Cümhuriyyət Xalq Partiyasının (CXP) başqanı Kamal Kılıçdaroğlu sənətçilərin və Ərdoğanın sərhəddə şənlənməsini şəhidlərin ruhuna sayqısızlıq kimi qiymətləndirib. "Bu rəzil adamların və onları ora aparan şəxsin əgər hünərin varsa, Afrin şəhidinin evinin olduğu küçədən keçsinlər və orada "Yaylalar" türküsünü oxusunlar, deyə CXP lideri bildirib.

Ziyarətdə iştirak etmiş məşhur sənətçilər Kılıçdaroğlunun ifadələrini təhqir kimi qəbul edərək məhkəməyə müraciət ediblər. Belə bir dönəmdə türkiyəli din xadimi Adnan Oktarın "kedicik"i sayılan Gülşah Gücyetməz sənətçilərin Ərdoğanla birgə fotosunu paylaşaraq "Boş tənqidlərə qulaq asmayın"- deyərək Kılıçdaroğluna tənqid mesaj yollayıb.

Gülşah Gücyetməz Ərdoğana və sənətçılərə dəstək olaraq yazıb: " Afrin əməliyyatına dəstək verən bütün sənətçilərimizi və dəyərli insanları təbrik edirik. Boş tənqidlərə kimsə qulaq asmasın, bu görüntü mükəmməl'' deyə paylaşım edib.




Adnan Oktarın “kediciyi”ndən Ərdoğana dəstək

Oxşar xəbərlər