Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Elşən Cəbrayılov əfsanəvi aktyorlar arasındakı münaqişələrdən danışıb.
Aktyor bildirib ki, bu gün dəbdə olan qalmaqallar illər öncə də mövcud imiş:
"Hökumə Qurbanovanın tamaşadan bir neçə dəqiqə öncə səhnə paltarını doğrayıblar. Əliağa Ağayev kimi aktyora qarşı da teatrda qruplaşmalar olub. Sonradan həmin aktyorlar Əliağa müəllimə deyiblər ki, bağışla, sənə qarşı filan hərəkəti biz etmişdik. Çünki biz sənə olan alqışları, sənə gələn çiçəkləri qısqanırdıq".
Əməkdar artist bildirib ki, illər öncə sənət adamları bir-birini tamaşaçı məhəbbətinə qısqanırdılarsa, indi bunu başqa şeylər əvəz edib:
"İndi sənətçilər bir-birini başqa şeylərə qısqanırlar. Bu səbəblərin arasında sponsor da var. Getdikcə sənətdə cılızlaşma baş verir. Bu sənəti qoruyub saxlamalıyıq. Çünki yediyimiz sənətin çörəyidir".
Qeyd edək ki, bu gün E.Cəbrayılovun 41 yaşı tamam olur.