Cənubi Afrikada dəhşətli hadisə baş verib.
Kərgədan ovlamaq üçün qoruğa girən iki və ya üç nəfər aslan sürüsü tərəfindən parçalanıb və yeyilib.
Qoruğun işçiləri iki və ya üç nəfərin qalıqlarını Sibuya təbiət qoruğunda tapıblar. Ovçuların yanında bir tüfəng və bir balta da olub.
Asiyada kərgədan buynuzuna tələbin artması bu sahədə brakonyerliyi də artırıb. Çin, Vyetnam və bəzi Asiya ölkələrində kərgədan buynuzunun cinsi gücü artırdığına inanılır.
Qoruqdan verilən açıqlama əsasən, bir aslan sürüsü qoruğa girib. Ovçuların dəqiq neçə kişi olduğu bilinmir. Onlardan elə də çox şey qalmayıb. Qoruq işçisi qeyd edib ki, insan qalıqlarını əldə etmək üçün bir neçə aslanı uyuşdurucu güllə ilə vurmaq məcburiyyətində qalıblar.
Qeyd edək ki, Cənubi Afrikada son 10 ildə 7 mindən çox kərgədan ovlanıb.