Cənubi Afrikanın Kruqer milli parkında dəhşətli hadisə baş verib.
AZTB.info xəbər verir ki, brakonyer olduğu təxmin edilən şəxs aslanlar tərəfindən parçalanıb. Yerli polisdən verilən açıqlamaya əsasən, ovçunun sadəcə kəllə sümüyü və bir neçə tikəsi qalıb.
Limpopo polisinin mətbuat xidməti ovçunun qalıqlarını aşkar etdiklərini bildirib:
"Ehtimal edirik ki, şəxs parkda brakonyerlik fəaliyyəti ilə məşğul olduğu zaman aslanlar tərəfindən öldürülüb. Aslanlar onun bədəninin demək olar ki, hamısını yeyiblər. Sadəcə kəllə sümüyü və bir neçə tikəsi qalıb".
Polis məmuru ovçunun şəxsiyyətinin müəyyənləşdirilə bilmədiyini, hadisə yerində tüfəng və güllə aşkar edildiyini qeyd edib.
Limpopo bölgəsində son illər qaçaq aslan ovçuları artmaqda davam edir. Aslanların bədənindən Afrika və digər qitələrdə ənənəvi "dərmanlar" hazırlanır.