Fazil Qəzənfəroğlu: “Etibar Pirverdiyevin açıqlamaları gülüncdür”

Fazil Qəzənfəroğlu: “Etibar Pirverdiyevin açıqlamaları gülüncdür” Millət vəkili Fazil Qəzənfəroğlu Mingəçevirdə baş verən qəza ilə bağlı açıqlama verib.
Millət vəkili haqqın.az-a açıqlamasında hadisənin araşdırılmasının vacibliyini bildirib.

“Azərbaycan enerji təchizatı sistemindəki qəza praktiki olaraq müharibə şəraitində olan ölkəni bir neçə saatlıq iflic vəziyyətinə saldı. Bu məsələ ciddi araşdırılmalıdır. Prezident İlham Əliyev qəza ilə bağlı komissiya yaradılması barədə əmri operativ və düzgün addımdır.
Millət vəkili qeyd edib ki, “Azərenerji”nin şəbəkədə yüklənmə barədə açıqlaması gülüncdür:

“Bəyəm ölkənin ən iri qurumlarından birində Azərbaycanda yayın isti keçdiyini bilən yoxdur? Çox isti havada enerjiyə ehtiyac da artır. Niyə əvvəlcədən ehtiyat tədbirləri görülməyib? Dünən gecə baş verən qəza bir daha göstərdi ki, məsul şəxslər öz işlərinə necə yanaşırlar. Məhz bu gecə düşmən hücuma keçsəydi nə olardı? Ölkədə rabitə, nəqliyyat iflic vəziyyətdə idi. “Azərenerji” rəhbərliyi hər il hesabat verir ki, enerji sistemi modernləşdirilir, yenilənir. Amma qəflətən hansısa gözlənilməyən yüklənmə fəlakətə səbəb olur. Bu, təkcə iqtisadiyyata və əhalinin sosial həyatına zərbə yox, dövlətə də vurulan zərbədir”.
Qəzənfəroğlu bildirib ki, prezident tərəfindən yaradılan komissiyanın potensial problemləri üzə çıxaracağına və lazımi addımların atılacağına inanır.

Oxşar xəbərlər