DTX-nın qardaşını "həbs" etdiyi millət vəkili danışdı: "Bu, nə şoudur yaradıblar?"

DTX-nın qardaşını Bu gün mətbuatda Azərbaycan-Gürcüstan sərhədindəki Sadaxlı Gömrük Postunun rəisi Mehmandar Həsənovun saxlanılması barədə məlumat yayılıb.

Məlumatda bildirilir ki, M.Həsənov qaçaqmalçılara dəstək verdiyi üçün saxlanılıb.

Məsələ ilə əlaqədar M.Həsənovun bacısı, millət vəkili, YAP-ın Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı (Həsənova) ilə əlaqə saxladıq. O, deyilənlərin həqiqətə uyğun olmadığını bildirdi:

"Bu, yalan məlumatdır. Kimsə bunu düşmənçilik edib, qəsdən yayıb. Bu, nə şoudur yaradıblar? Zəng vurub onun işlədiyi qurumdan soruşsunlar, dəqiqləşdirsinlər”.

Millət vəkili qeyd edib ki, o, bu məlumatı yayan şəxsləri məhkəməyə verəcək.

Oxşar xəbərlər