Vaqif Əmiraslanov: Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vaqif Əmiraslanov: Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi Bakı Sosial-Pedaqoji Kollecinın direktoru Vaqif Əmiraslanovun uğurunu görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. Mətbuatda gözdən salmaq üçün "Bakı Sosial-Pedaqoji Kollecində nə baş verir? " başlıqlı məqalələr yazırlar və ya məqsədə uyğun olmayan xəbərləri ictimailəşdirərək guya Vaqif Əmiraslanovu gözdən salmaq istəyirlər .. Amma bunlar əsassız məlumatlardır. Əslində Bakı Sosial-Pedaqoji Kollecinın direktoru Vaqif Əmiraslanov haqqında yazılanlara təəccüblənmirik. Çünki Vaqif Əmiraslanov gördüyü uğurlu işləri qaralayanlar hələ çox olacaq.
Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.

Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır.
Məsələn, hansısa bir məmur qanunsuzluğa rəvac verdiyinə görə işdən alınırsa, kütləvi informasiya vasitələri düşürlər həmin şəxsin eyni vəzifəni daşıyan həmkarlarının üstünə, başlayırlar oxşar nöqsanlar axtarmağa. Rast gəldikləri çatışmazlıq hallarını da “şişirdib” az qala ağır cinayət kimi təqdimedirlər.

P.S. Yalan, böhtan xarakterli məlumatlar hazırlayıb yayan, bu məlumatlarla Bakı Sosial-Pedaqoji Kollecinın direktoru Vaqif Əmiraslanovun şərəf və ləyaqətini alçaltmaq düşüncəsində olan qəzet və saytlar həmin şantaj xarahterli yazılara görə üzr istəyəcəklər.

****************

Bakı Sosial-Pedaqoji Kollecinın direktoru Vaqif Əmiraslanov - “Təhsil millətin gələcəyidir” - deyən xalqımızın ümummilli lideri Heydər Əliyev bu müdrik kəlamı ilə müstəqillik yolunda ilk kövrək və eyni zamanda, inamlı addımlarını atan bir dövlətin uğurlu inkişaf yolunu göstərmiş, fəaliyyət istiqamətlərini müəyyən etmişdir. Heydər Əliyev yolunun layiqli davamçısı, respublika Prezidenti İlham Əliyev də öz uzaqgörən siyasəti, xüsusi qayğısı ilə Azərbaycan təhsilini forma və məzmunca yeni inkişaf səviyyəsinə çatdırmağa nail olmuşdur. Dövlətimizin başçısı demişdir: “Bütün işlər məhz məktəbdən başlayır, təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət orqanları bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin etməlidir”. Möhtərəm Prezidentimizin bu aydın mövqeyi, Azərbaycanın qüdrətli sabahına hesablanan tapşırıq və tövsiyələri bu gün təhsil sahəsində qazanılan nailiyyətlərin əsas şərtidir

Ölkəmizdə neft kapitalını intellektual mülkiyyətə yönəltməyi başlıca məqsəd hesab edən cənab İlham Əliyevin milli təhsilin inkişafına istiqamətlənən strategiyası fəal vətəndaş mövqeyi və ziyalı məsuliyyəti ilə icra olunur. Dövlət başçımızın 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” bu yöndə konkret fəaliyyət proqramıdır. Qarşıya qoyulan məqsədin şərəflə reallaşdırılması hər bir təhsil ocağının, müəllimin, valideynin üzərinə düşən vəzifələri doğma Azərbaycanımızın sabahını düşünərək məsuliyyətlə yerinə yetirməsindən çox asılıdr.

Yaxın perspektivdə Azərbaycanda təhsilin inkişafını hədəfə alan yuxarıda adı çəkilən Dövlət Strategiyasında əks olunduğu kimi, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu möhkəm bünövrəyə malik müstəqil Azərbaycan dövləti bu gün ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin apardığı genişmiqyaslı sosial-iqtisadi siyasət nəticəsində özünün yüksək inkişaf dövrünü yaşayır. Reallaşdırılan məqsədyönlü islahatlar ölkəmizi müasir inkişaf səviyyəsinə çatdırmaqla yanaşı, həm də gələcək üçün etibarlı zəmin yaratmışdır. Azərbaycan artıq yeni dövrə – modernləşdirmə dövrünə qədəm qoymuşdur. Bu dövrün hədəfləri sosial-iqtisadi həyatın qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından, bu yolla davamlı iqtisadi inkişafın təmin olunmasından, eləcə də əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsindən ibarətdir. Güclü və dinamik inkişaf edən Azərbaycanın insan kapitalı müasir dövlətçilik fəlsəfəmizin əsas hədəfidir. Bu hədəfin gerçəkləşməsi isə xeyli dərəcədə təhsilin üzərinə düşür və onun daşıdığı vəzifə ilə sıx bağlıdır.

Bu gün ümumtəhsil sistemində ən mühüm mərhələ kurikulum islahatının həyata keçirilməsidir. Kurikulum islahatının tətbiqi məktəblərimizə, sözün həqiqi mənasında, heç bir zaman müşahidə edilməmiş böyük canlanma gətirmişdir. İndi həm müəllimlərin, həm də şagirdlərin fəallığı xeyli artmış, təhsilə yeni yanaşma, yeni münasibət yaranmışdır. Artıq müəllimlər də, şagirdlər də fəal mövqedə dayanmaları ilə diqqət çəkirlər. Bu, məktəblərdə daha işgüzar bir mühitin formalaşmasından xəbər verir. Yeni kurikulumlar şagirdlərdə fəal mövqeyi, yaradıcı yanaşma tərzini, müstəqil tədqiqatlar aparmaq, topladığı materialları ümumiləşdirmək, təqdim etmək bacarıqlarının yaranmasını önə çəkir.

Son 12 ildə aparılan sosialyönümlü islahatlar nəticəsində müasir tələblərə cavab verən infrastruktur layihələri həyata keçirilmiş, yüksək standartlara cavab verən təhsil, səhiyyə, mədəniyyət və idman obyektləri inşa edilib istifadəyə verilmişdir. Bu nailiyyətlər ölkədə sosial sferanın – o cümlədən, təhsil sahəsində əsaslı islahatların aparılmasına təkan vermiş, onun davamlı inkişafına stimul yaratmışdır.

Lakin həyat yerində durmur, dünya hər gün dəyişir, inkişaf edir. Bu dəyişikliklərlə daim ayaqlaşmaq, onlardan geri qalmamaq üçün üzərimizdə hər gün çalışmalı, böyük zəhmət hesabına qazandığımız uğurların qorunub saxlanılmasını və dönməzliyini təmin etməliyik.

Dövlətin xüsusi qayğısı sayəsində təhsil sahəsində ən diqqətçəkən nəticələr ölkədə məktəb tikintisinin geniş vüsət alması ilə bağlıdır. Bu problemin həlli – məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının inşası regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında, ölkə başçısının fərman və sərəncamlarında öz əksini tapmışdır. Qeyd edək ki, son illərdə təkcə təhsil sahəsində 16 inkişafyönümlü xüsusi proqramın icrası təmin edilmişdir.

Azərbaycanda təhsilin inkişafı və xalqımızın gələcəyi üçün sağlam vətəndaşların yetişdirilməsi ümummilli məsələyə çevrilmişdir. Bu, ilk növbədə dövlətin müəyyənləşdirdiyi təhsil strategiyasının tələbidir. Hansı sahədə fəaliyyət göstərməyimizdən asılı olmayaraq hər birimiz bu ali məqsədin reallaşmasında yaxından iştirak etməliyik. Çünki xalqımızın gələcəyi və sivilizasiyalı dünyaya inteqrasiyasının yeganə yolu məhz təhsilin inkişafından asılıdır.

Oxşar xəbərlər