İspaniya məhkəməsi ulduz futbolçu Kriştianu Ronaldu haqqında hökm çıxarıb.
Vergidən yayındığı üçün Ronaldunu 5 il müddətinə həbs gözləyirdi.
Amma “Real Madrid”in hücumçusu istintaqla razılığa gəlib və iki il şərti cəza alıb. Bununla yanaşı, Ronaldu 18.8 milyon avro cərimə ödəyəcək.