Böyrəkləri tam təmizləyən resept: 2 soğan və 2 litr su

Böyrəkləri tam təmizləyən resept: 2 soğan və 2 litr su Böyrək ən mühüm orqanlardan biridir. O toksinlərin qandan süzülməsinə və detoksifikasiyaya görə cavab verir. Buna görə də onu qorumaq və sağlamlığına nəzarət etmək lazımdır. Əks halda, əsl dəhşətə çevriləcək ciddi fəsadlarla üzləşə bilərsiniz. Çünki böyrəklərin iş orqanizmi təmizləməkdən ibarətdir, əgər onlar öz funksiyasını yerinə yetirə bilməzsə, onda bütün zəhərli maddələr bədəndə toplanacaq.

Milli.Az bu yazıda oxucuları böyrəklərin təmizləyən təbii müalicə vasitəsilə tanış edir.

İnqrediyentlər:

2 ədəd çiy soğan;

2 ədəd limon;

3 dəstə cəfəri;

2 litr su.

Hazırlanma qaydası:

Suyu qazana töküb qaynadın. Doğranmış soğan dilimlərini, iki limon suyunu və cəfərini qaynamış suya əlavə edin. İki saatdan çox soyumasını gözləyin. Sonra qarışığı süzgəcdən keçirin.

2 litr müalicəvi suyu gün ərzində 5-6 porsiyaya bölmək olar. Çünki onun sidikqovucu xassələri çox güclüdür və bu içkini həftədə yalnız 3 gün istifadə etmək olar. 1 və ya 2 həftədən sonra detoksifikasiya prosesini təkrarlayın.

Böyrəklərin təmizlənməsi zamanı daha çox duzda olan natrium istehlakını məhdudlaşdırmalısınız, həmçinin doymuş yağlar, şəkər və digər zərərli ərzaqlardan qaçmaq lazımdır. Əksinə, qida rasionunda tərkibi su ilə zəngin olan meyvə və tərəvəzlərə yer verin. Paxlalı bitkilər, göbələk və balıq da yaxşı seçimdir.

Əks göstəriş: Bu içki bəzi insanlarda xoşagəlməz reaksiya yarada bilər. Odur ki, soğan suyu turşu reflüksündən əzab çəkənlərə, hipertoniya və hipoglikemiya olan xəstələrə məsləhət deyil. (publika.az)

Oxşar xəbərlər