Elburus Hüseynov: Cənab İlham Əliyevin dəstəyi sahibkarlığın inkişafına geniş imkan yaradır

Elburus Hüseynov: Cənab İlham Əliyevin dəstəyi sahibkarlığın inkişafına geniş imkan yaradır

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, işində yorulmaz rəhbər, nümunəvi şəxsdir. Bu şəxs kimidir? Bu şəxs A.Memarlıq -Elburus İnşaatın rəhbəri Elburus Hüseynovdur. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Elburus müəllim.

A.Memarlıq -Elburus İnşaatın rəhbəri Elburus Hüseynovun görülən işlərin siyahısına nəzər salanda isə həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.


A.Memarlıq -Elburus İnşaatın rəhbəri Elburus Hüseynov - Qlobal və regional səviyyədə mürəkkəb siyasi və iqtisadi proseslərin davam etdiyi, iqtisadiyyata xarici neqativ təsirlərin gücləndiyi hazırkı şəraitdə Azərbaycanda biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması və sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən sistemli tədbirlər böyük əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin iqtisadi strategiyasının prioritet istiqamətlərindən biri ölkədə sahibkarlığın inkişafıdır. Bu gün dövlət başçısının “Ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, sistemli və kompleks tədbirlər həyata keçirilir. Azərbaycanda güclü sahibkarlar ordusu formalaşıb.

Dövlət başçısının islahatlar paketi çərçivəsində ötən ilin sonlarından etibarən sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi qərarlar iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, dövlət dəstəyi, o cümlədən vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi, investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi, dövlətlə birgə maliyyələşdirmə və risklərin bölüşdürülməsi, maarifləndirici işləri, biznes forumların, sərgilərin təşkili və digər tədbirlər sayəsində güclü sahibkarlar ordusu formalaşıb, sahibkarlıq iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilib.

Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi qərarlar, o cümlədən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” ölkə iqtisadiyyatının davamlı inkişafının təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Qlobal və regional səviyyədə mürəkkəb iqtisadi proseslərin davam etdiyi hazırkı şəraitdə ölkəmizdə sahibkarlığın inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər uğurlu nəicələr verir.



Oxşar xəbərlər