Vasif Talıbov yeni qurum yaratdı

Vasif Talıbov yeni qurum yaratdı Naxçıvan MR-nın Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Duzdağ Fizioterapiya Mərkəzinin yenidən təşkili haqqında sərəncam imzalayıb.
"Ölkə.Az" xəbər verir ki, sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Duzdağ Fizioterapiya Mərkəzinə publik hüquqi şəxs statusu

verilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təklifləri nəzərə alınmaqla Duzdağ Fizioterapiya Mərkəzinin istifadəsində olan əmlak və avadanlıqlar publik hüquqi şəxsin balansına veriləcək.

Həmçinin Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinə publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması ilə bağlı zəruri tədbirlər görülməsi tapşırılıb.

Qeyd edək ki, sərəncam 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Oxşar xəbərlər