Dövlət İmtahan Mərkəzi qəbul imtahanının nəticələri ilə bağlı yeni statistikanı açıqlayıb. Elan edilən statistikada orta təhsilin aşağı səviyyədə olduğu üzə çıxır.
Mia.az xəbər verir ki, bu il I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 48.7 faizi 200-dən az bal toplayıb. Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi "Abituriyent” jurnalının 12-ci sayında bildirilib. Jurnalda qeyd olunub ki, qəbulda toplanılması mümkün olan maksimal bal 700-dür: "0-700 bal diapazonunu şərti olaraq (0-199), (200-299), (300-499), (500-700) intervallarına bölərək, ənənəvi "2”,"3”,"4”,"5” qiymətləri ilə analogiyasını yaratsaq, görərik ki, bu il abituriyentlərin 48.7 faizi imtahandan "2”, 18.4 faizi "3”, 22.9 faizi "4”, 10.0 faizi isə "5” qiyməti alıb. Ötən il bu göstəricilər, uyğun olaraq, 55.4 faiz, 16.7 faiz, 19.4 faiz, 8.4 faiz olub. Göründüyü kimi, bu il "2” qiymət alanların faizi nisbətən azalıb, "3”,"4” və "5” qiymət alanların faizi isə artıb.
Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb. Qəbul olanların topladıqları balların paylanma diaqramından görünür ki, onların 32.9 faizini "3”, 44.4 faizini "4”, 19.1 faizini isə "5” qiymət alanlar təşkil edib. Ötən il bu göstəricilər, uyğun olaraq, 34.6 faiz, 45.0 faiz, 19.2 faiz olub. V ixtisas qrupu üzrə ərizə verib qəbul (cari ilin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış) imtahanlarında iştirak edən və qəbul olan abituriyentlərin bal göstəriciləri isə aşağıdakı diaqramlarda təsvir edilib. Bu imtahanlarda toplanılması mümkün olan maksimal bal 90-dır. Qəbul (buraxılış) imtahanlarında iştirak edən abituriyentlərin 5.9 faizinin topladığı bal 20-dən aşağıdır. Qəbul olan abituriyentlər arasında 20-dən az bal toplayan yoxdur. Qəbul imtahanlarında iştirak edənlərin əksəriyyətinin imtahan nəticəsi (50–59) və daha aşağı bal intervallarında yerləşdiyi halda, qəbul olan abituriyentlərin nəticəsi əsasən (60–69) və (70–90) bal intervallarında daxildir”.
Bu il Xızı, Xaçmaz, Samux, Qobustan, Göygöl, Lerik, Ağsu, Sabirabad, Şamaxı, Lənkəran, Ağdaş, Şərur, Şəmkir, Goranboy və Quba rayonlarının cari il məzunlarını təmsil edən abituriyentlərin 30 faizdən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.
Analoji halların builki imtahanlarda da təkrarlanacağı şübhəsizdir. Çünki təhsildəki problemlərin həlli istiqamətində ciddi addımların atıldığı sezilmir.
Hökumət təhsildəki problemi həll edə bilmir
Bu barədə fikrilərini "Reytinq” qəzeti ilə bölüşən təhsil eksperti Kamran Əsədov deyib ki, 13 mayda DİM tərəfindən ali məktəblərin II və III ixtisas qrupu üzrə keçrilən qəbul imtahanları əvvəlki illərlə müqayisədə heç nəyi ilə fəqlənmədi. Onun sözlərinə görə, ən ciddi fərq iştirak edənlərin sayı ilə bağlı idi:
"Xatırladım ki, keçrilmiş imtahanda 36559 abituriyentin iştirakı nəzərdə tutulmuşdu. Onlardan 17253 abituriyent II qrup üzrə, 19306 abituriyent isə III qrup üzrə imtahan verəcək. Birmənalı şəkildə bu fikirlə razı deyiləm. Məktəblərdə dərs keçilmirsə, müəllimlər savadsızdırsa, repetitor yanına gedən uşaqlara kim bilik öyrədir? Bu gün Azərbaycanda oxuma – yazma bacarığı 100 faziə çatıb. Bu, dünyada ən yüksək nəticələrdən biridir. Məhz bu orta məktəbin verməli olduğu bilik və bacarıqdır.
Bu gün orta məktəb ali məktəblərə abituriyent hazırlamır, cəmiyyətə şəxsiyyət hazırlayır. Problem, tam başqadır; bizdə valideyn ibtidai sinifləri şagirdlə bərabər oxuyur. Elə ki, məktəbli yuxarı siniflərə qalxdı, proqram çətinləşdi, valideyn o dəqiqə geri çəkilir. Düzdür, bütün evlərdə ziyalı ata-ana yoxdur. Buna baxmayaraq, yuxarı siniflərə də nəzarət mütləqdir, hətta onlar böyüdükcə nəzarət daha da güclənməlidir. Yəni, günahı məktəbdə görməklə heç nə həll olunmur. Hər şey valideyndən asılıdır. Valideynlər istəsələr ki, övladları repetitor yanına getməsin və özü oxuduğu məktəbdə proqrama uyğun hazırlaşsın, onda bu müsbət nəticə verə bilər. Ali məktəblərə qəbul imtahanlarının çətin olması, nəticələrin aşağı olmasının əsas səbəbidir. Abituriyentlərdən qəbul imtahanlarında soruşulan bilik 5-6 il ərzində orta məktəbdə tədris olunmuş məlumatlardır. DİM orta məktəblərdə şagirdlərin əldə etdikləri biliklərin mənumsənilmə faizini dəqiq öyrənmək istəyirsə, o biliyi şagirdin oxuduğu sinifdə yoxlasın. Yəni şagirdin 6–cı snifdə əldə etdiyi biliyi ondan 5 il sonra, 11-ci sinifdə soruşanda əlbətdə ki, onun həmən mövzuya cavab vermə reallığı aşağı olacaq. DİM–in yoxladığı orta məktəb şagirdlərinin biliyi deyil, repititor yanında əldə etdikləri biliklərdir. Ali məktəblərə qəbul imtahanlarında abituriyentlərin göstərdiyi biliklər, nəticələr nə Təhsil Nazirliyinin, nə orta məktəbin nəticəsi deyil. Bu repititorluğun nəticəsidir. Amma nəticəsizlik, aşağı nəticələr Təhsil Nazirliyinin və məktəbin nəticəsidir”.
Ekspert nəzərə çatdırıb ki, orta məktəb şagirdləri dərsdən sonra hazırlıq kurslarına, repititorlara müaciət etməsələr, yaxşı nəticə əldə etmələri inandırıcı olmaz. Onun qənaətincə, burada diqqətini çəkən bir neçə məqam var idi:
"Birinci istifadə olunan test tapşırıqları ilə bağlıdır. DİM imtahanda iştirak etmək üçün 40 manat xidmət haqqı müəyyən edib və bunu ona görə edib ki, istifadə olunacaq test tapşırıqlarına vəsait xərclənəcək. Amma 13 mayda II və III qruplartda istifadə olunmuş test tapşırıqlarının heç biri yeni deyildi. Belə ki, bütün test tapşırıqları 2010-cu ildən bəri qəbul və sınaq imtahanlarında dəfələrlə istifadə olunmuş, siniflər üzrə çap olunmuş test kitabçasında və DİM–in fənlər üzrə nəşr etdirdiyi test banklarda olan suallar idi. Orta səviyyədə, 30-40 faiz hazırlaşmış, bu test toplularını işləmiş abituriyent 250-300 bal toplaya bilər. Hətta repititor yanına getmədən belə. Mənim heç ümid etmədiyim, zəif nəticə gözlədiyim abituriyentlər belə 280-310 balı rahatlıqla toplaya biliblər. Yüksək hazırlıqlı abituriyentlər isə 600 dən çox bal toplaya biliblər”.
K.Əsədov onu da nəzərə çatdırıb ki, ümumilikdə 2018-2019-cu tədris ili üçün keçrilən qəbul imçtahanları 26 ildir tətbiq edilən ənənəvi üsulla sonuncu qəbul imtahanıdır. "2019-cu ildən etibarən qəbul imtahanları yeni formatda keçriləcək. On görə də DİM daha çox əvvəlki illərin məzunları gələn ilə qalmasın deyə, qəbul imtahanlarında daha sadə test tapşırığı nümunələrindən istifadə etdi. Düşünürəm ki, bu il III ixtisas qrupu üzrə toplanan ballar keçən illə müqayisədə yeksələcək, II qrupda isə keçən illə müqayisədə aşağı düşəcək. Təəssüf ki, 26 ildir eyni üsulla qəbul imtahanları keçrilsə də, nəticələrdə elə bir ciddi dəyişiklik yoxdur. Belə ki, 1992-ci ildə də 150 balla ali məktəblərə qəbul olmaq, tələbə adın qazanmaq olurdu, 2018-ci ildə də bu mümkündür”, – deyə müsahibimiz əlavə edib.
Bir məqama da toxunaq ki, abituriyentlərin imtahan fənlərinə cavablarının təhlili göstərir ki, özəl ali təhsil müəssisələrinə qəbul olanların göstəriciləri dövlət ali təhsil müəssisələrinə qəbul olanların göstəricilərindən aşağıdır. Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi "Abituriyent” jurnalının 12-ci sayında bildirilir ki, belə nəticə göstərənlər sonradan birinci kursun tədris proqramını mənimsəməkdə çətinlik çəkirlər. Ona görə də özəl ali təhsil müəssisələri birinci kurs tələbələri üçün genişləndirilmiş tədris proqramları hazırlamalı və həmin proqramlar tədrisin intensivləşdirilməsi hesabına həyata keçirməlidirlər.
K. Əsədov təəssüflə qeyd edib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən özəl ali məktəblər rəqabət mühiti yarada bilmirlər. Onun qənaətincə, bu sahəyə xüsusi diqqət ayırmaq lazımdır: "Ötən əsrin 90-cı illərinə qədər Azərbaycanda yalnız dövlət ali məktəbləri fəaliyyət göstərirdi. 1992-ci ildə ”Təhsil haqqında" Qanun qəbul olunduqdan sonra kütləvi şəkildə özəl ali məktəblər təsis edildi. Belə ali məktəblərin çoxunun maddi-texniki bazası, professor-müəllim heyətinin tərkibi çox zəif idi. Sonradan özəl ali məktəblərin sahibləri özləri üçün böyük və geniş tədris binaları inşa etdirib, bundan sonra xeyli tələbə kütləsi cəlb etdilər. Geniş və yaraşıqlı binalar təhsilin keyfiyyətini dəyişmədi. Başqa sözlə, özəl ali məktəblər rəqabət mühiti yarada bilmədilər. Bundan istifadə edən hökumət əvvəlcə özəllərdən tibb və hüquq ixtisasını yığışdırdı, sonra isə bunların bir neçəsini bağladı.
Azərbaycanda özəl ali məktəblərin yaranması iki problemi həll etməli idi.
Birincisi, kəmiyyət problemidir. Azərbaycan əhalisinin hər 10 min nəfərinə düşən tələbələrin sayı postsovet məkanına daxil olan ölkələrdən və Avropa ölkələrindən geridə qalır. Bizdə hər 10 min nəfərə 156 tələbə düşdüyü halda, Gürcüstan və Ermənistanda bu rəqəm 320 nəfər, Rusiya, Belarus, Ukraynada bu rəqəm 400 nəfər, Qərb ölkələrində isə 500-600 nəfərdir. Özəl ali məktəblərə tələbə axınının xeyli azalması və onların bağlanması kəmiyyət problemini həll edə bilmədi.
Keyfiyyət probleminə gəldikdə, yeni yaradılmış ali məktəblər Bakı Ali Neft Məktəbi, Azərbaycan Diplomatiya Akademiyası, Xəzər Universiteti istisna olmaqla, özəl ali məktəblərin keyfiyyət göstəriciləri bir çox hallarda dövlət ali məktəblərindən seçilmədi. Məsələn, ABŞ-ın ən məşhur universitetləri Harvard, Yell, Prinston universitetləri özəl universitetlərdir. Türkiyənin Koç, Sabancı, Bilkent kimi universitetlərini də misal göstərmək olar. Bizdən fərqli olaraq dünyanın bir çox ölkələrində dövlətin özəl ali məktəblərə maliyyə və başqa formada dəstəyi olur ki, bu da inkişafla nəticələnir. Bir misal çəkim, vaxtilə özünə normal reytinq toplamış Xəzər və Qərb universitetlərinin reytinqi get-gedə düşməyə başladı. Səbəb odur ki, bu ali məktəbin rəhbərləri bunu bilərəkdən edir. Belə ki, təhsil haqqını ağlasığmaz dərəcədə artırır, tətbiq edilən sərt imtahan sistemi ilə tələbələr incidilir. Kredit adı ilə onlardan külli miqdarda vəsait alırlar. Hesab edirəm ki, keyfiyyətsiz təhsil və aşağı səviyyədə idarəetməyə görə bir çox universitetinin də fəaliyyəti dayandırılmalıdır”.

Baki Avrasiya Universitetinin dosenti Mütəllim Rəhimli isə "Reytinq”ə açıqlamasında deyib ki, hər şeydən əvvəl baş verən çatışmazlıqların səbəblərini öyrənməliyik.
Onun fikrincə, nəticələrdən çıxış edərək heç bir problemi həll etmək mümkün deyil: "Abituriyentlərin qəbul imtahanlarında zəif nəticələr göstərməsi orta ümumtəhsil məktəblərində təhsilin səviyyəsinin qaneedici olmaması ilə bağlıdır. Sirr deyil ki, məktəblərdə əksər müəllimlər dərs keçmir. Ona görə də şagirdlərin bir çoxu repititor yanına gedir. Amma hamının buna imkanı çatmır. Müşahidələr göstərir ki, ibtidai sinifdən bəzi şagirdlər də repititor yanına göndərilir. Qəbul imtahanlarında yüksək bal toplayanlar məhz onlardır. İmkanı olmayan və övladını repititor yanına göndərə bilməyənlərin isə sayı daha çoxdur. Onların övladları qəbul imtahanında aşağı bal toplayırlar. Bu ciddi problemdi və düşünürəm ki, miqyasının böyüklüyünə görə Qarabağ məsələsindən geri qalmır. Ona görə də hökumət cəmiyyətdə müəllimlərin nüfuzunun qaldırılması, təhsilə marağın həvəsləndirilməsi, bacarıqların dəstəklənməsi və s. işləri ilk növbədə yerinə yetirməlidir. Əks halda biz qarşıdakı illərdə cəmiyyətimizdə inkişafa çağırışlara qarşı müqavimətin, əsarətə, sükunətə meylliliyin, idxaldan asılılığın, mühacirətə marağın, kadr çatışmazlığının və s. şahidi olacağıq”.
Özəl ali məktəblərlə bağlı fikirlərə gəlincə, M. Rəhimli "Təbii ki, aşağı bal toplayaraq universitetlərə qəbul olan tələbələrin yaxşı mütəxəssis kimi yetişdirilməsində problemlər meydana çıxacaq. Amma burada bir faktoru nəzərə almaq vacibdir. Əgər bu balı toplayan tələbə repititor yanına getmədən universitetə qəbul olubsa, onun mütəxəssis kimi yetişməsində heç bir mane ola bilməz. Əks halda isə çoxsaylı problemlər yaranacaq. Ali məktəblər ən pis halda orta təhsilin çatışmazlıqlarını ört-basdır etmək missiyasını yerinə yetirir. Zəif tələbələr heç olmasa, kollec və ya texnikum tələbələri səviyyəsinə çatdırılır. Halbuki əvvəlcədən həmin tələbələri peşə məktəblərinə, kolleclərə yönəltmək mümkün idi ki, bu daha effektli olardı. Bu baş vermədiyindən, məsələn, Tibb Universiteti həkim diplomlu tibb bacısı, Texniki Universitet mühəndis diplomlu çilingər və s. yetişdirir”, – cavabını verib.