İrana qarşı əməliyyat 100 gündən çox davam edə bilər

İrana qarşı əməliyyat 100 gündən çox davam edə bilər ABŞ İrana qarşı hərbi əməliyyatı azı 100 gün ərzində həyata keçirməyi planlaşdırır.

Bu barədə “Politico” nəşri Pentaqonun daxili sənədinə istinadən məlumat yayıb.

Nəşr iddia edir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (SENTCOM) nümayəndələri Pentaqon rəhbərliyinə müraciət edərək “İrana qarşı əməliyyatların dəstəklənməsi üçün azı 100 gün, bəlkə də, sentyabr ayınadək komandanlığın Tampa (Florida ştatı) şəhərindəki qərargahına əlavə hərbi kəşfiyyatçıların göndərilməsini” xahiş ediblər. Qəzet bu sorğunu ABŞ-nin İrana qarşı hərbi əməliyyatının ölkə prezidenti Donald Trampın əvvəlcə müəyyənləşdirdiyi dörd həftəlik müddətdən xeyli uzun çəkə biləcəyinə işarə kimi dəyərləndirir.

Bundan əlavə, qəzetin qiymətləndirməsinə görə, əlavə mütəxəssislərin cəlbi ABŞ administrasiyasının münaqişənin nəticələrinə tam hazır olmadığını göstərir. Dövlət Departamentinin münaqişə şəraitində öz vətəndaşlarına dəstək göstərmək üçün ABŞ-nin Afinadakı səfirliyinə əlavə heyət göndərməsi bu fikri təsdiqləməyə imkan verir.

Oxşar xəbərlər