Ən yaxşı turist kimi bilinən amerikalılar həm də yaşamaq üçün gəldikləri ölkələrin dilinə, mədəniyyətinə hörmət edirlər.
Son günlər televiziyada Azərbaycana müxtəlif səbəbdən gələn amerikalıların dilimizdə çox gözəl danışdıqlarını görürük. Bu şəxslərdən biri də Amerikanın Minnesota şəhərindən vətənimizə ingilis dili müəllimi işləmək üçün gələn Teresa Hamlindir.
Ən qəribəsi xanım burada “Azerbaijani socks”(Azərbaycan corabları) şirkəti açmasıdır. Yəni Teresa xanım dilimizi öyrənməklə yanaşı milli ornamentli Azərbaycan corablarının xaricə satışı ilə məşğuldur. İndi isə Teresa xanımla olan geniş müsahibəni sizə təqdim edirik:
– Nə vaxt dilimizi öyrənməyə ehtiyac hiss etdiniz?
İşləyəcəyim məktəbin yanında yaşlı sahibəsi olan bir ev var idi. O xanımla bir yerdə qalmağa başladım. Ətrafımda ingilis dili bilən insanlar çox az idi ona görə mən də Azərbaycan dili öyrənməyə başladım. İlk başlarda mənə çox çətin oldu, bəzi kitablar tapdım, daha sonra bir kurs var idi, getməyə başladım. Amma daha çox insanlarla danışa-danışa öyrəndim.
– Hazırda kimlə qalırsınız?
Uzun müddət burada müxtəlif ailələr ilə yaşadım. Amma indi azərbaycanlı qızlarla qalıram.
– Bura ilk gələndə ən böyük çətinliyiniz nə olub?
Mədəniyyət fərqli, yemək fərqli, insanlar fərqli ona görə alışa bilmirdim. Çünki hər hansısa məsələyə mən öz dünyagörüşümlə baxırdım, digər insanlar öz dünyagörüşü ilə… Bu da anlaşmada çətinlik yaradırdı. Lakin sonralar buraya çox öyrəşdim.
– 14 ildir Azərbaycanda yaşayır və az-çox bizi tanıyırsınız. 14 ildən sonra Teresanın Azərbaycan deyəndə ağlına ilk nə gəlir?
Bura ilk gələndə Azərbaycan haqda heç bir fikrim yox idi. Amma indi mehriban insanlar, gülən üzlər, gözəl yerlər ağlıma gəlir, çünki buranı artıq öz evim kimi hiss edirəm.
– Bu qədər ildə bizim insanlara məxsus hansı xüsusiyyəti mənimsədiyinizi düşünürsünüz?
Məsələn, azərbaycanlılarda ailə, qrup mentaliteti var. Yəni birinin evinə gedirsən o saat sənə qulluq etməyə başlayır. Amma amerikalılarda belə bir şey yoxdur. Evə qonaq gedirsənsə, özün-özünə qulluq etməlisən. Məncə, bu yaxşı bir şey deyil, hətta bəzən amerikalıların bu xasiyyəti mənə yad gəlir. Azərbaycanlılardan bu xüsusiyyəti götürdüyümü düşünürəm.
– Bəs corab biznesi ilə məşğul olmaq fikri necə yaranıb?
Mən ilk gələndə Şahdağda ingilis dili müəllimi kimi işləyirdim. Orada ləzgi xanımla tanış oldum. Qubada demək olar ki, hər kəs corab toxuyurdu. Ayaqlarında çox gözəl, rəngarəng corablar var idi. Amma bazarlara satmaq üçün apardığı corablar qəşəng olmurdu. Mən də bu corablardan Amerikaya valideynlərimə, dostlarıma hədiyyə kimi göndərirdim. Onlar da məndən bu corabları haradan aldığımı soruşurdular. Mən də fikirləşdim ki, dostlar bəyənirsə, niyə də bunu biznesə çevirməyim?
– Hazırda hansı rayonlarla işləyirsiniz?
Əvvəllər Quba bölgəsi ilə işləyirdim. Sonra gördüm ki, hər bölgənin özünəməxsus naxışları var, mən də öz işimi genişləndirdim. İndi isə Quba, Qusar, Şabran, Lerik, Lənkəran, Şəki, Gədəbəy zonaları ilə işləyirəm.
– Bəs burada işləyəcək xanımları necə tapırsınız? Çətin olmur sizə?
Əlbəttə, çox çətin olur. Qusardakı xanımlarla işləmək digərlərinə nisbətən rahatdır. Çünki burada belə papışları cehiz vermək adəti var. Ona görə bu cür corablar çox toxunur. Daha çox sosial şəbəkə vasitəsi ilə xanımlar məni tapır, mən də gedib görüşürəm. O gün verilişə çıxıb elan verdim ki, belə corab toxuyan xanımlara ehtiyac var. Mənə o qədər xanım yazdı ki, amma belə bir problem var ki, milli naxışlara üstünlük az verirlər.
– Bəs lazım olan ləvazimatları haradan alırsınız?
Buradan alıram. Amma yerli istehsal deyil. Burada o qədər qoyun var, yəni istehsal üçün çox gözəl şəraitdir, amma istifadə olunmur. Məsələn iplər Türkiyənindir, corabın altına vurulan “zamuş”lar İranındır.
– Daha hansı xarici ölkələrə satış var?
Əvvəlcə Azərbaycandan başladım. Əsas satış mərkəzim Azərbaycanda yaşayan xaricilərdir. İndi Amerikaya da satış həyata keçirirəm. Satmaq üçün məkanları da bəzən tanışlarım köməklik edir, amma çox vaxt onu da özüm tapıram. Həm də biz hər toxunan corabın arxasına işçinin adını da qeyd edirik. Çünki amerikalılar işçinin zəhmətinə çox önəm verirlər. Bizim özümüzün saytımız var və bu saytda onların həyat hekayələri haqda məlumatlar yer alır. Hər bir müştərimiz aldığı məhsulun yaradıcısı barədə rahatlıqla məlumat əldə edə bilər. Gələcəkdə digər Avropa ölkələrinə də satışı planlayıram.
– Teresa xanım, nəyə görə məhz corab?
Yaxşı sualdır (gülür). Əslində mən xalça fikirləşmişdim. Amma xalça həm çox əziyyətlidir, həm çox maddi xərc tələb edir, həm də ki, onu toxuyub satışa qoyursan, amma bilmirsən ki, o satılacaq, yoxsa yox. Corabsa, həm gözəldir, həm də digərlərinə nisbətən daha ucuz başa gəlir.
– Azərbaycanda hər hansısa bir qurum tərəfindən sizin biznesinizə dəstək var?
Yox, o qədər də böyük dəstək yoxdur. Ancaq bir layihə var ABAD, onlar mənim mallarımın satışını həyata keçirir.
– Əlinizdə imkan olsaydı Azərbaycana məxsus daha nəyi tanıtmaq istəyərdiniz?
Yemək. Süd məhsulları, göyərti, ümumiyyətlə, burada hər şey olduqca təbiidir. Heç vaxt imtina etməyəcəyim yemək isə göy qutabıdır.
– Azərbaycanlılara məxsus hansı xüsusiyyəti bəyənirsiniz və ya əksinə?
Ən çox bəyəndiyim şey ailəyə sevgidir, insanlaların bir-birinə bağlılığıdır. Yəni kiminsə nəyəsə ehtiyacı olanda bir-birinizə kömək edirsiniz. Bəyənmədiyim şey isə insanları idarə etməyi çox sevirsiniz. Yəni mentalitet məsələsində çox mühafizəkarsınız. Qadınlara sərbəstliyi az verirsiniz, yəni düz get, xətdən çıxma.
– Toy adətlərimizə münasibətiniz necədir?
Rayonda olanda çox getmişəm. Cürbəcür yeməklər, insanların bir-biri ilə mehribanlığı, rəqslər çox sevirəm. Rəqs etməyi isə daha çox sevirəm, insanlar bir-biri ilə xoşbəxtliklərini bölüşür.
– Gələcəkdə Azərbaycanla bağlı planınız var?
Dəqiq bilmirəm, amma əmin olduğum şey buranın mənə çox doğma olmasıdır. Çalışacağam ki, işlərimi alındırım, burada qalım. Amerikadan çoxdan çıxmışam , burada özümə dost əhatəsi yaratmışam, mənə buranı qoyub getmək çətindir.
Məleykə Ağasoy
Foto və video: Fərid Özay