"Suriyada hicabsız qadın görməzsən. Yolla gedirsən, hamı qapqara geyinib. Bakıda isə qızlar rəngarəngdir. Biz bura köçəndə anam da bütünlüklə qara niqab geyinirdi. Hamı qəribə baxırdı anama. Sonra niqabını çıxartmalı oldu”.
Lent. az Azərbaycan Texniki Universitetində hazırlıq kursunda oxuyan suriyalı, 18 yaşlı Yasir Tabbaadan müsahibə götürüb.
O, artıq 16 ildir ki, ailəsi ilə Bakıda yaşayır. Ailədə 7 nəfərdirlər – atası, anası, bacısı, 3 qardaşı və özü. Özündən yaşca böyük qardaşı Azərbaycan Tibb Universitetində əczaçılıq fakültəsində təhsil alır. Bacısı isə ərəb dili məktəbində oxuyur.
Yasir deyir ki, atası Suriyada işsiz olduğu üçün bura köçmək qərarına gəliblər.
- Atam Suriyada işləmirdi. Çətin dolanırdıq. Dostlarının köməyi ilə burda iş tapdı. İndi gündüzlər parket satır, axşamlar da taksi sürücüsü işləyir. İraqdan çoxlu turistlər gələndə atam onlara şəhəri gəzdirir. Normal dolanırıq, çətinliklərimiz də olur. Burda taksidən istifadə edənlər də azdır. Yəqin, taksi bahadır deyə minmirlər. Bir dəfə də atama hədə-qorxu gəlib telefonunu oğurlamışdılar. Anam məktəbdə ərəb dili müəlliməsi işləyir. Bakıda yaşamaq rahatdır. Nəqliyyat o qədər baha deyil, metro var, hər yerə gedirsən. İnsanlar adama çox kömək edirlər.
"Birdə gördün yuxarıdan zibil atdılar ya da su damcılayır...”
Yasirgil 16 ildir, kirayədə yaşayırlar. Müsahibimiz bizimlə qonşularından da danışır.
- Qonşularımızla elə də ünsiyyətimiz yoxdur. Anam da dili bilmir deyə heç kimlə danışmır. Əvvəl başqa yerdə birinci mərtəbədə qalırdıq. Bir ay yaşadıq cəmi. Onda qardaşlarım balaca idi. Qonşular şikayət etdi ki, uşaqlar səs salır. Polis çağırdılar, çıxartdılar bizi evdən. Arada olurdu, yuxarıdan başımıza zibil tökürdülər. Birdə görürdün su damcılayır. Qonşular arasında belə problemlər olur. ( gülür)
"Dedim, niyə gülürsən, hələ təzə öyrənirəm də...”
Yasir Azərbaycan dilini səlis bilir. Amma bura təzə gəldiyi vaxtlarda o da danışığı ilə gülüş obyekti olubmuş.
- İki yaşımdan burdayam. Azərbaycan dilini dostlarımla ünsiyyət zamanı öyrənmişəm. 5-6 yaşım olardı, dili hələ bilmirdim. Həyətdə qardaşımla top oynayırdıq. Bir oğlan da gəlib bizimlə oynadı. Qapısına qol vurduq, xoşuna gəlmədi. Dalaşdıq. Sonra getdi. Birdə gördük ki, oğlanları yığıb gətirib üstümüzə. Bildik ki, davaya gəlib, tez qaçdıq evə. İndi həmin oğlanla dostuq. Suriyalı olduğum üçün məni itələyən, münasibət qurmaq istəməyənlər olurdu. Bir dəfə Azərbaycan dilində pis danışırdım deyə, uşaqlar məni lağa qoydular. Xətrimə dəydi. Pis oldum. Soruşdum, niyə gülürsən ki, hələ öyrənirəm də. Deyir, gülməlidir, neyləyim?
Evdə ancaq atamla mən Azərbaycan dilini bilirik. Atam rus dilində də danışır. Qardaşım ingilis dilində təhsil alır, bacımla anam ərəb dilində danışırlar. Mən də ingilis və Azərbaycan dillərini bildiyim üçün rus dilini də öyrənmək qərarına gəldim. Dil bilmək mənə lazım olacaq.
"Elə qızla evlən ki, nə danışdığını başa düşüm...”
- Anam Azərbaycan dilini başa düşmür deyə, bizə də tapşırıb ki, azərbaycanlı qızla evlənməyin. Soruşuram, niyə? Deyir, istəyirəm elə gəlin olsun ki, nə danışdığını başa düşəm. Yoxsa hər kəs öz istədiyini danışacaq, aləm qarışacaq bir-birinə (gülür). Yəni anam razı deyil azərbaycanlı qızı sevib almağımıza. Deyir ki, gedəcəyik Suriyadan evlənəcəksən. Atam isə kimi sevsəm, onunla evlənməyimə razıdır. Amma hələ bu haqda düşünməmişik. Qərar verməmişəm, gedib orda evlənəcəyəm, ya burada.
"....bilmirik, dağıdıblar, ya hələ də durur”
Yasirin ana tərəfdən bütün qohumları hələ də Suriyada yaşayır. Bura gəlmək istəsələr də, evlərini qoyub gələ bilmirlər. Hələ də ümidləri var ki, Suriyada vəziyyət yaxşılaşacaq.
- İndi Suriyada xalalarım, dayılarım, nənəmgil qalır. Hər gün təhlükə altında yaşayırlar. Çox qorxurlar. Anam onlar üçün çox narahatdır. Neçə dəfə deyib ki, köçün gəlin bura. Amma "evimizi buraxıb gələ bilmərik. Birdən gələrik, bu ev də əlimizdən çıxar” deyirlər. Hələ də ümidləri var ki, vəziyyət yaxşılaşacaq. Həm də pulları yoxdur bura gəlməyə. Orda təhsil də yaxşı deyil. Dayım uşaqları məktəbə gedir, müharibəyə görə bir gün dərs olur, iki gün olmur. Anam gündə neçə dəfə telefonla onlarla əlaqə saxlayır. Çox darıxmışam onlar üçün. Bizim də orda evimiz var, amma bilmirik, indi dağıdıblar, ya hələ də qalır. Axırıncı dəfə 7 yaşımda getmişdim ora. Suriyada vəziyyət yaxşı olsa, təhsilimi bitirib gedərəm.
"Axşam 10-dan sonra çölə çıxmaq olmaz”
- Atamgil axşam saat 10-dan sonra bayıra çıxmağa icazə vermir. Deyirlər ki, biz burda qonağıq, davranışlarınıza da diqqət edin.
Bacımın bir rəfiqəsi var, bir-birinin evinə gedib gəlirlər. Amma tək harasa gedib gəzməyinə icazə vermirik. Suriyada qızın tək harasa getməsi qəbul edilmir. Burda fərqlidir. İlk dəfə şəhərdə tək gəzən qız görəndə bizə qəribə gəlirdi. Qardaş olsam da, bacımın işinə qarışmıram. Atam var, nə lazımdırsa, o deyir. Bacımın azərbaycanlı oğlanla evlənməyinə gəlincə isə əsas adamdır. Yaxşı adam olsa, niyə də olmasın?!
"Azərbaycan yeməklərini yeyə bilmirəm”
Yasir bizim mətbəxin yeməklərini elə də xoşlamadığını etiraf edir.
- Burda bir-iki dəfə dostlarımın evinə qonaq getmişəm. Azərbaycan yeməklərini xoşlayıram, amma biz bu cür yeməkləri yemirik, çox xoşumuza gəlmir. Bilmirəm, niyə?! Bir dənə dolmanı bəyənmişəm, bir də vermişel. Sizin yeməkləri elə də bəyənmirəm.
Artıq neçə ildir burda olsaq da, anam hələ də Azərbaycan mətbəxini öyrənə bilməyib.
Evdə ərəb yeməkləri bişirir.
"Suriyada yanında qızla yol getdinsə, döyürlər”
- Suriyada bir qızla gəzdinsə, ya hansısa qıza söz atdınsa, tutub döyürlər. Burda hələ ki elə şey görməmişəm. Bakıda oğlan qızla sərbəst gəzə bilir, danışa bilir.
Təhsilini başa vurduqdan sonra kompüter mühəndisi olmaq istəyən Yasir burda sülh şəraitində və azad yaşadıqları üçün çox rahatdır .