Ermənistanın yeni baş nazirinin Şuşaya getməsi qanun pozuntusudur.
Bunu jurnalistlərə açıqlamasında Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov deyib.
B.Səfərov qeyd edib ki, N.Paşinyanın baş nazir kimi ilk səfərini Azərbaycanın işğal olunmuş ərazilərinə etməsi yanlış addımdır.
O, həmçinin Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsi məsələsinə də toxunub. B.Səfərov bildirib ki, bununla bağlı hələ heç bir gözlənti yoxdur: "Ermənistanda yeni hökumət formalaşmalıdır. Yeni rəhbərlik əgər Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəksə, Ermənistanın vəziyyəti yaxşılaşa bilər. Yoxsa onların vəziyyətin əvvəlkindən də pis olacaq. Paşinyan ilk olaraq Şuşaya getməklə nə vaxtsa peşman olacaq. Günahsız insanların qanına bulaşmış torpağa ayaq basmaq düzgün deyil".