Prezident İlham Əliyev diaspor işi ilə bağlı çox ciddi tapşırıqlar verib. Trend-in məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.
O qeyd edib: "Demək olar ki, hər gün yeni istiqamətdə yanaşmalar, eyni zamanda, mütləq qaydada kadr dəyişiklikləri olacaq. Bu istiqamətdə ciddi işlərimiz gedir. Komitənin işində yeni istiqamətlər olmalıdır. Yeni kadrlar müxtəlif dilləri bilməlidirlər. Bu, çox vacibdir. Çünki bu gün bizim soydaşlarımız 100-dən çox ölkədə məskunlaşıb. Bəlkə də bəzilərimiz bunu düşünmürdük. Bu gün elə bir guşə yoxdur ki, azərbaycanlılar orada olmasın".
F.Muradov bildirib ki, diaspor işi tək xaricdə yaşayan azərbaycanlılarla bağlı deyil, həm də ölkəmizdə yaşayan əcnəbilərlə bağlı olmalıdır:
"Bu sahədə ikitərəfli istiqamətlər olmalıdır. Bizim şüarımız ondan ibarətdir ki, Vətən uzaqda deyil. Çalışmalıyıq ki, komitəyə xaricdə yaşayan vətəndaşlarımızı cəlb edək. Onların içərisində elm adamları, biznesmenlər və yaxşı mütəxəssislər olmalıdır. Şübhəsiz ki, verilən tapşırıqlar dərhal yerinə yetiriləcək. Kimlər yeni tələbləri, yanaşmaları qəbul edəcəklərsə, onların hamısı işini davam etdirəcək".