Aprelin 17-də prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsi təkcə iqtisadi baxımdan deyil, ölkənin indiki və gələcək inkişafının əsas konturlarının açılması kimi dəyərləndirilməlidir
Prezidentin çıxışı dövlət televiziyasında və mediada geniş işıqlandırıldığından təfərrüata varmağa zərurət qalmır. Amma bu müşavirənin bir neçə mühüm yekunu haqda qeydlər etmək lazım gəlir.
Əvvəla, iqtisadi sferadakı yerli iş adamları geniş tərkibdə prezidentin sədrlik etdiyi tədbirdə təkcə iştirakçı yox, həm də çıxışçı oldular, sonra isə nazirlərin iştirakı ilə birbaşa panel müzakirələrdə iştirak etdilər. Dövlət başçısı sahibkarlarla nazirlərin və müvafiq sahə rəhbərlərinin görüşünə şərait yaradaraq bürokratik əngəlləri də aradan qaldırmış oldu.
Sirr deyil ki, illərdir neft pullarının ölkəyə axması səbəbindən qeyri-neft sektorundakı yerli iş adamları arxa planda qalıblar. İndi isə prezident şəxsən onları ölkənin gələcəyini müəyyənləşdirən strategiyasının ön planına çıxarıb. Dövlət başçısı müşavirədə onlarla birbaşa təmas yaradaraq konkret hansı sahədə dövlətə para qazandırmaq və özlərinin də qazanmaq imkanlarının olduğunu açıqladı. Bu çıxış şişirtmədən demək olar ki, biznes adamlarına “master-klass” da sayıla bilərdi...
Müşavirədəki geniş və əhatəli çıxış həm də bir həqiqəti təsdiq etdi ki, prezident İlham Əliyev təkcə bacarıqlı siyasət adamı deyil, o həm də Azərbaycan və dünya iqtisadiyyatının hazırkı durumunu dərindən bilən, təhlil edən dövlət başçısıdır.
Sadə, ağır iqtisadi terminlərlə yüklənməyən, hamının başa düşəcəyi dildə danışmaqla, hansı sahələrdə ölkə iqtisadiyyatının gəlir əldə etdiyini fəxrlə deməklə, hansı istiqamətdə “axsadığı”nı etiraf etməklə cəmiyyətə də ciddi arxayınlıq mesajı vermiş oldu. Bu, həm də bəzi iqtidar tənqidçilərinin iddia etdiyi kimi, ölkənin iqtisadi enişə deyil, dirçəlməyə, inkişaf etməyə doğru inamla irəlilədiyini göstərməyi hədəfləyən çıxış kimi də qiymətləndirilə bilər. Bu çıxış “prezident ölkədəki vəziyyəti bilir” demək də deyil, hər şeyi daha yaxşı bilir, daha yaxşı olması üçün çalışır, proqramı və konkret hədəfləri var deməkdir...
Prezident çıxışında iş adamlarına təkcə hansı sahədə işləməyin sərfəli olduğunu açıqlamadı, dövlət başçısı həm də onları bizneslərini inkişaf etdirməyə, böyütməyə, ölkə hüdudlarından kənara çıxarmağa çağırış etdi. Yerli iş adamlarına MDB ölkələrindən başlayaraq, bəzilərinin yalnız xəritədə gördüyü Fars körfəzi ölkələri (BƏƏ, Behreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, İran və İraq) ilə böyük bir arealda iş qurmağı təklif etdi.
Sitata diqqət edək: “Azərbaycan bir çox ölkələrdə ticarət evləri yaradacaq. Birinci ticarət evi yaxın həftələrdə Belarusda yaradılacaqdır. Digər postsovet ölkələrində - Rusiyada, Ukraynada, Qazaxıstanda belə evlərin yaradılması gündəlikdədir. Bu, həm ölkəmizi təbliğ edəcək, həm də ixracatçılar üçün yeni imkanlar yaradacaqdır. Bununla bərabər, Asiya qitəsinin böyük ölkələrində mütləq ticarət evlərimiz olmalıdır. İndi Körfəz ölkələrində bizim məhsullarımıza böyük maraq göstərilir. Çünki son vaxtlar biz Körfəz ölkələri ilə, o cümlədən bu istiqamətdə çox işgüzar əməkdaşlıq qura bilmişik və oraya Azərbaycan məhsullarının çıxarılmasına nail olmuşuq. Bizim xüsusilə kənd təsərrüfatı məhsullarımıza o ölkələrdə böyük maraq var və Körfəz ölkələrinin istehlak bazarı kifayət qədər böyükdür. Onlar bizdə istehsal edilən və ixrac olunan malların bir çoxunu xaricdən, başqa ölkələrdən gətirirlər, idxal edirlər. Ona görə biz bu bazarlara fəal girməliyik. Bunun üçün də Körfəz ölkələrində mütləq ticarət evləri yaradılmalıdır”.
Prezident iş adamlarına istehsal etdikləri və hansı ölkələrə ixrac etdikləri məhsullarına reklam dəstəyi də vəd etdi: “Bizdə hələ ki reklamla bağlı böyük anlayış yoxdur. Biz bunu etiraf etməliyik. Odur ki, dövlət öz hesabına bizim əsas ixracyönümlü malların təbliği üçün xarici kütləvi informasiya vasitələrində, televiziyalarda, qəzetlərdə reklam kampaniyaları təşkil etməlidir. Əlbəttə ki, birinci mərhələdə buna qonşu ölkələrdə, MDB məkanında başlamalıyıq. Bu, bizim sahibkarlara növbəti çox gözəl dəstəyimiz olacaqdır”.
Prezidentin çıxışından dövlətin və şəxsən özünün sahibkarlara dəstəyindən danışdı ki, bunlarla razılaşmamaq mümkün deyil. “Dövlət infrastruktur yaradıb, kreditlər, subsidiyalar verir, fermerləri vergilərdən azad edib, aqrolizinq yaradıb, texnika alıb gətirir və paylayır. Gübrəni 70 faiz güzəştlə paylayır, yanacaq da həmçinin. Ticarət evləri yaradır, ixrac missiyaları, sərgilər təşkil edir. ”Azexport" portalı, “Made in Azerbaijan” brendi, investisiya və ixrac təşviqi yaradıb. undan sonra sahibkarlara ancaq bunlardan istifadə etmək və öz imkanlarını genişləndirmək, ölkəmizə daha böyük fayda gətirmək qalır" deyə, prezident bildirib.
Prezidentin çıxışında xüsusi qeyd ediləsi daha bir məqam isə xaricdə yaşayan azərbaycanlı iş adamları ilə bağlıdır. Məlumdur ki, xeyli sayda azərbaycanlı və ya Azərbaycan doğumlu iş adamları xaricdə uğurlu biznes fəaliyyəti ilə məşğuldurlar. Hətta onlar bir neçə milyardlıq ticari dövriyyədə böyük oyunçular kimi tanınırlar. Dövlət başçısı onlara müraciət edərək Azərbaycana dəstək olmağa çağırdı. Bu dəstək isə qətiyyən maddi yardım demək deyil.
Sitat: “Bilirsiniz ki, biz xaricdə yaşayan azərbaycanlıların problemlərinin həlli üçün böyük işlər görürük. Azərbaycan nadir ölkələrdəndir ki, artıq bizdə ənənəvi olaraq xaricdə yaşayan azərbaycanlıların qurultayı keçirilir. Biz onlara həm siyasi dəstək göstəririk, eyni zamanda onlar üçün biznes imkanları yaradırıq. Onlar da bu işlərdə fəal iştirak etməlidirlər. Bildiyimə görə, onlar bizim yeni təşəbbüslərimizə fəal qoşulurlar. Xaricdə yaşayan azərbaycanlılar, xüsusilə MDB məkanında yaşayan soydaşlarımız, o cümlədən bizneslə məşğuldurlar, onların böyük imkanları var. Onlar da öz biznes imkanlarını genişləndirmək, eyni zamanda öz Vətəninə kömək etmək üçün orada fəal işləməlidirlər. Mən onları da bu işlərə dəvət edirəm, onların da böyük ticarət şəbəkələri var. Onlar dünyanın müxtəlif yerlərindən məhsul idxal edirlər. Xüsusilə nəzərə alsaq ki, indi bizim imkanlarımız genişlənir, daha çox Azərbaycandan idxal etsinlər”.(musavat.com)