"Şou-biznesin dovğası yox, "Şah" plovuyam" - Faiq Ağayev

"Aygün Kazımova və məndən başqa şou göstərən yoxdur".

Bu sözləri xalq artisti Faiq Ağayev deyib. "Atv maqazin onlarla"ya açıqlama verən müğənni şou əhlini yeməklərə bənzədib:

"Mən dovğa sevirəm. Qazan-qazan yeyərəm. Təsəvvür edin, qarşınızda bir boşqab dovğa var. Kimsə gəlir ora iki qaşıq bal qatır. Bal dadlıdır, şirindir. Amma yeri deyil axı. İndikilər özünü bal sayır deyə, biz də dovğa deyilik. Biz "Şah" plovuq.


Beyin və ürək üçün oxuyan müğənni ayaq üçün oxuyanlarla eyni rəfdə olmur. Şou-biznesdən o qədərləri gəlib-getdi ki... Deyirlər, klipə filan qədər pul xərclədim, ayaqqabıya bu pulu ödədim, ən bahalı maşını aldım. Nə olsun? 5 minlik paltarın var, dünya şöhrətli müğənni oldun? Axı ola bilmədin. Şou-biznesdə nə əşyaçılıq sevdasıdır bilmirəm".

///axşam.az

Oxşar xəbərlər