Pakistanın daxili işlər naziri Əhsan İqbala sui-qəsd edilib.
Rusiya mətbuatı xəbər verir ki, hadisə Pəncab əyalətində, Naroval şəhərində baş verib. Nazirin sui-qəsd nəticəsində güllə yarası aldığı bildirilir.
Qeyd olunur ki, DİN rəhbəri öz avtomobilində olan zaman gənc bir oğlan tapançadan ona atəş açıb. Güllə onun sağ çiyninə dəyib. Nazir təcili xəstəxanaya çatdırılıb. Sui-qəsdi edən gənc saxlanılıb.