"Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsi ən yüksək səviyyədədir”.
Bu sözləri "Sherg.az”a Azərbaycan və Türkiyənin iqtisadi proseslərdə milli valyutadan istifadə etməsinin müsbət tərəflərini izah edərkən millət vəkili Aydın Hüseynov söyləyib. Onun sözlərinə görə, Türkiyə şirkətləri Azərbaycana, milli şirkətlərimiz isə Türkiyəyə sərmayə qoyuluşunda ciddi üstünlüyə sahibdir:
"Ticarət dövriyyəsindəki aktivlik isə xüsusilə yüksələn tendensiya ilə davam edir. Hər iki dövlətin ticarət dövriyyəsində milli valyutalardan istifadə edilməsi müsbət tendensiya daşıyır. Ölkələr arasındakı ticarət əlaqələri geniş olduğuna görə, ticarət dövriyyəsində lirə və manatdan istifadə olunması regionda geniş üstünlüklər vəd edir”.
Qeyd edək ki, Prezident İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində iki dövlət arasında iqtisadi proseslərin həyata keçirilməsi üçün milli valyutalardan istifadə olunması barədə razılaşma əldə edilib.