Amerika Birləşmiş Ştatlarının rəhbərliyi ilə Suriyada keçirilən son əməliyyat Yunanıstanın paytaxtı Afinada etirazla qarşılanıb. Aksiyaya müdaxilə edən polislə nümayişçilər arasında toqquşmalar baş verib.
Amerika bayraqlarının yandırıldığı nümayişdə təxminən 7 min nəfər Sintagma Meydanında toplaşaraq ABŞ səfirliyinə doğru irəliləyib.
Etiraz yürüşündə "Yanki go home", "Rədd Olsun NATO və bazaları" şüarları səsləndirilib.
Nümayişçilər keçmiş ABŞ prezidenti Harri Trumenin heykəlini də yıxmaq istəyiblər. Yunan polisi heykəlin sökülməsinin qarşısını almaq üçün dəyənəkləri işə salıb v nəticədə nümayişçilərlə polis arasında toqquşma olub.. Polisin sərt müdaxiləsi nəticəsində bir çox nümayişçi yaralanıb.