Heç bir qüvvə Mirdamət Sadıqovu heç vaxt əqidəsindən döndərə bilməz

Heç bir qüvvə Mirdamət Sadıqovu heç vaxt əqidəsindən döndərə bilməz İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdamət Sadıqov daima dövlətə, dövlətçiliyə və prezidentinə sadiq insansıdır və elə də qalacaq.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Mirdamət Sadıqovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda qan, dostu uğrunda qöz yaşı, ailəsi uğrunda tər tökən əqidə adamıdır.

Mirdamət Sadıqov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də cənab prezident İlham Əliyevin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Mirdamət Sadıqovu heç vaxt əqidəsindən döndərə bilməz.


2 sentyabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə ona “Əməkdar elm xadimi” fəxri adı verilmişdir. Respublikada iqtisadiyyat, maliyyə və vergi problemləri ilə bağlı 200-dən çox elmi məqalənin, o cümlədən 10 dərslik, 8 dərs vəsaiti və 9 monoqrafiyanın müəllifidir. Onun məqalələrinin bir qismi xarici ölkələrdə dərc edilmişdir. O, Azərbaycanı bir sıra beynəlxalq konfranslarda təmsil etmişdir, bundan sonra ölkə başçısının sərəncamı ilə od içində olan, döyüş poliqonuna bənzəyən İsmayıllı rayonuna göndərilir və qısa zaman kəsiyində rayonu laləzara çevirməsi də olanlara əyani sübutdur. Həmişə öz işi və zəmətilə ucalan cənab Sadıqovun görəvi bununla yekunnaşmadı. İsmayıllı bu günə qədər ALLAHIN da yadından çıxmış rayonlar sırasındaydı. Dağ başında köyə bənzəyən İsmayıllı ağlar günə qoymuşlar insafsızlar. Amma, Mirdamət Sadıqovun rayona rəhbər gəldiyi gündən, bu coğrafi məkanda bir canlanma bir tərəqqi yaşanmağa başladıldı. Görəv müddətində İsmayıllıda xaliqələr yaradan Mirdamət Sadıqov rayonda məmur-vətəndaş arasında yaranmış uçurumun aradan götürülməsinə start verdi. Vətəndaşları narahat edən problemlərin həlli yerindəcə təşəkkül tapmağa başladı. Hətta rayondakı bir sıra əsas qurumların rəhbərləri ilə küsülü olan əvvəlki icra başçısından öz həyətlərində mal-qara damı tikməyə belə icazə ala bilməyən rayon sakinləri süründürməçilikdən yaxa qurtardı. Rayonda hökm sürən gərgin ictimai durum xoş abu-hava ilə əvəz olundu. Bir sözlə, möhtərəm Prezidentin bu sərəncamı ilə Mirdamət Sadıqov rayonu yenidən xoşbəxt günlərini yaşamağa başladı. Dünənədək mal-qara damının tikintisi yasaq olunan rayonda vətəndaşlara Nuh əyyamındən qalan nimdaş ticarət, iaişə obyektlərinin binalarını yenisi ilə əvəzləməyə şərait yaradıldı, yerli sakinlərin həyat rifahının yaxşılaşması istiqamətində hələdə ciddi işlər aparılır, kanalzasiya sistemleri yenilənir, parklar və istirahət yerləri inşa olunur. Kəndlərə yollar çəkilir, içməli su təminatı yaxşılaşdırılır. Qeyd edək ki, bütün bunlar məhz Mirdamət Sadıqov İsmayıllıya rəhbər gəlişindən sonara olub.

Gəldiyi gündən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdamət Sadıqovun icra başcısı vəzifəsini daşıdığı rayonda görülən işlərin siyahısına nəzər salanda isə rayonda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Bu müddət ərzində bu qədər iş görmüş İsmayıllı camaatı sözün əsil mənasında alqışa layiqdir desək, yəqin ki, diqqətli oxucularımız da bizimlə razılaşarlar.

Elin gözü tərəzidir

P.S..Di gəl, çox təssüflər olsun ki, Mirdamət müəllimin uğurlarını həzm edə bilməyən qeyri - konstruktiv qüvvələrə xidmət edən bəzi kütləvi informasiya vasitələri onun barəsində hədyan informasiyalar yaymağa çalışırlar. Dövlətçiliyə bunca sadiq adamı az qala mühakimə edən belə üzdəniraq media mənsubları ya bilmirlər, ya da bilərəkdən unudurlar ki, yalan ayaq tutar, yeriməz, müdrik Azərbaycan xalqının gözü tərəzidir, pisi yaxşıdan seçməyi bacarır. Böhtançıların uğursuzluğa məhkumluğu qabaqcadan məlum olan bu cəhdləri könül bulandırmaqdan başqa bir şey deyildir. Yaxşı olar ki, qüvvələrini perspektivsiz məqsədlərə sərf etməkdənsə, tərəqqipərvər qüvvələrin cərgəsinə qoşulub həm ölkənin, həm xalqın, həm də özlərinin xeyrinə iş görsünlər.

Qanuninfo.az olaraq bildirək ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdamət Sadıqovun bizim müdafiəmizə ehtiyacı yoxdur
Heç bir qüvvə Mirdamət Sadıqovu heç vaxt əqidəsindən döndərə bilməz
Heç bir qüvvə Mirdamət Sadıqovu heç vaxt əqidəsindən döndərə bilməz
Heç bir qüvvə Mirdamət Sadıqovu heç vaxt əqidəsindən döndərə bilməz
Heç bir qüvvə Mirdamət Sadıqovu heç vaxt əqidəsindən döndərə bilməz
Heç bir qüvvə Mirdamət Sadıqovu heç vaxt əqidəsindən döndərə bilməz
Heç bir qüvvə Mirdamət Sadıqovu heç vaxt əqidəsindən döndərə bilməz
Heç bir qüvvə Mirdamət Sadıqovu heç vaxt əqidəsindən döndərə bilməz

Oxşar xəbərlər