İcra başçısı kəndlərdə baramanın mövcud vəziyyəti ilə tanış olub
Azərbaycanda hal-hazırda minlərlə xəbər saytları, portallar, informasiya agentlikləri fəaliyyət göstərir.
Bunların məqsədi ölkədə və ölkə xaricində baş verənləri ictimaiyyətə çatdırmaqdır. Lakin bütün xəbər saytları, onların təsisçiləri və əməkdaşları heç də bu məqsədə xidmət etmir. Bəziləri öz şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Bu məqsədə çatmaq üçün tənqidlə təhqiri bilərəkdən qarışdırıb, vəzifəli şəxslərin işgüzar nüfuzuna xələl gətirirlər. Təbii ki, hamı pul qazanmaq, evini çörəklə təmin etmək istəyir. Amma kimsə şər-böhtan, şantaj və təhqir yolu ilə harama gedirsə, bu uzun çəkmir. Bunları elə-belə yazmadım. Bəzi “jurnalistlər” var ki, qapı-qapı düşüb dövlət idarələrində məmurları şantaj edərək pul dilənməklə məşğul olurlar. Belə olan halda peşəsini və dövlətini sevən əsil jurnalistlər isə normal fəaliyyət göstərə bilmirlər.
Qazax, onun rəhbərliyi barədə şər-böhtan, əsassız, qeyri-obyektiv, maddiyata hərisliklə, sifariş əsasında çox cizmaqaralar “işıq üzü” görüb. Əslində o yazılar müəllifin və sayt rəhbərliyinin daxili aləminə hakim kəsilən zülmətin təzahürü olub. Onların çoxuna da cavab verilməyib. Bir jurnalist kimi, elimi-obamı, Vətənimi bütün varlığımla sevən bir vətəndaş kimi şər toplusu müəlliflərinə cavab vermişəm. Bəzi saytlarda gedən “
Qazaxın icra başçısı haqqında şok ittihamlar: Rəcəb Babaşov ailəli qadını "əxlaqsız" adlandırdı?, Qazax icra başçısı Rəcəb Babaşov Qazax sakinini intihara sürükləyir.FOTO, Qazaxın icra başçısından prezidentə şok şikayət: “Qızımı Rəcəb Babaşovun əlindən xilas edin..., Qazaxın yeni başçısı kimdir: Rəcəb Babaşovun ilginc dosyesi”” başlıqlı həqiqətdən uzaq yazıları görəndə istədim ki, ona cavabı özüm yazam.
Demək belə, yeni-yeni fəaliyyətə başlayan bəzi saytlar Qazaxa rəml atmaq istəyir. Kimin vasitəsilə, o da bizə yaxşı məlumdur. Saytların rəhbərləri kimə xidmət etdiyi, kimin sifarişini yerinə yetirdiyi, ədalətli iş adamlarına, icra strukturlarının rəhbərlərinə tor qurmaq üçün kimlərlə iş birliyinə getməsi də diqqətimizdən kənarda deyil.
Qazaxa öz əyri prizmasından baxan sayt yazır ki, “Rayonda sosial problemlər artmaqla sadə insanların yaşayış səviyyəsi aşağı düşüb”. Bəsirət gözü olmayanlara bir daha xatırladırıq ki, Azərbaycanda o cümlədən Qazaxda insanlar, “sadə” “mürəkkəb” və digər qruplara bölünmür. Dövlət icra və xidmət strukturları vasitəsilə hər bir vətəndaşın qayğısını çəkir.
Məlum yazıda qışa hazırlıqdan söhbət gedir. Rayon icra hakimiyyəti heç bir məsələdə gözləmə mövqeyi tutmur və o fikirdə olmur ki, hər hansı bir məsələni kimsə yazandan sonra həll etsin.
Yaza hazırlıq məsələsi rayon icra hakimiyyətində müzakirə olunub. Təhsil, səhiyyə və mədəniyyət sahələrində isitmə sistemlərinin və yanacaq təminatının durumu xidmət təşkilatlarının, qeyd olunan sahələrin rəhbərlərinin və ərazi icra nümayəndələrinin, qaz istismarı sahəsinin, meşələrin bərpası və mühafizəsi idarəsinin müdirlərinin iştirakı ilə ciddi müzakirə olunub, nöqsana yol verənlər cəzalandırılıb, qısa müddətdə əsaslı dönüş yaratmaq hər bir məsul işçidən tələb olunub. Əks təqdirdə təşkilati tədbirlər görüləcəyi iştirakçıların diqqətinə çatdırılıb.
Qazaxda heç bir etiraz yoxdur.
Əlinə qələm alan, sayt açan, jurnalist adını daşıyan hər bir kəs bilməlidir ki, Haqq yolunu azmaqla haqqa çatmaq olmaz.
Son illər neçə-neçə istehsal, emal müəssisəsi açılıb, onlarca məktəb binası, uşaq bağçası tikilib. Qazax dövlətin qayğısı və diqqəti sayəsində beləcə aybaay, ilbəil inkişaf edir, gözəlləşir, tanınmaz olur. Bu da turizmin inkişafına güclü təkan verir. Rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və burada olan çoxlu sayda tarixi mədəniyyət abidələri Qazaxda turizmin inkişafı üçün potensial imkanlar yaradır. Qazax rayonunun ərazisində gələcəkdə inanırıq ki, ekoturizm də inkişaf etdiriləcək. . Bu da Qazaxınn regionun turizm mərkəzlərində birinə çevriləcəyini göstərir. Bir sözlə, Qazax inamla gələcəyə doğru addımlayır
Doğrudan da Qazax regionun mərkəzinə çevrilməkdədir. Rayonun regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun əməyi böyükdür. Əminik ki, Qazax bundan sonra da gözəlləşəcək və abadlaşacaq. Biz Qazaxın respublikamızın ən gözəl və abad rayonlardan birinə çevrilməsində böyük əməyi olanların hamısına, o cümlədən rayon rəhbərliyinə bu şərəfli işdə uğurlar arzulayırıq.
Xəbəri istinadla vermək mədəniyyətdir