Qızı ona verməyən ailəni canlı yayımda güllələdi - Adımı hər kəs eşidəcək

Qızı ona verməyən ailəni canlı yayımda güllələdi - Adımı hər kəs eşidəcək Türkiyədə dəhşətli qətl hadisəsinin bəzi detalları aydın olub.

Balıkesir rayonunun Havran qəsəbəsində Ali Saral (26) adlı gəncin elçiliyə getdiyi ailədən "yox" cavabı alınca 7 nəfəri güllələdiyi barədə məlumat vermişdik.

AZTB.info Milli.Az-a istinadən xəbər verir ki, 3 nəfərin ölümünə səbəb olan qanlı olayı törədən şəxs hadisədən öncə "Adımı hər kəs eşidəcək" deyibmiş.

O da məlum olub ki, qatil 10 ay əvvəl istədiyi qızı tüfənglə qaçırmağa çalışıbmış.

Qeyd edək ki, yaralılardan biri 2 yaşlı uşaqdır.

Yaralılardan üçünün vəziyyəti ağır olaraq qalır.

Oxşar xəbərlər