"Azərbaycanın səsi" musiqi yarışmasının finalçısı Dua Murad (Aynur Hacıqurbanlı) arxivindən fotolar paylaşıb.
"Ölkə.Az"ın məlumatına görə, 1995-ci ildə "Yaşıl yarpaq 95" müsabiqəsində çəkilən görüntülərdə bir sıra məşhur şəxslər yer alıb. Sənətçi fotoları paylaşmaqla bəzi həmkarlarına ismarış yollayıb:
"Bu gün bəzi müğənnilər səhnədəki bir-iki illik fəaliyyətlərinin davasını edirlər. Mənəm-mənəm deyib, sinələrinə döyürlər. Sənət olmayan yerdə sənətdən danışırlar, daha doğrusu, sənətdən başqa hansı mövzuyla desəniz, gündəmə gəlirlər. Bu da məndən onlara bir müjdə. Yeri gəlmişkən, aparıcını yəqin ki, tanıdınız. Bəli, Rəhim Rəhimlidir. Münsiflər də hazırda xalq artistləridir".
Qeyd edək ki, 1995-ci ildə keçirilən "Yaşıl yarpaq 95" müsabiqəsinin münsiflər heyətində xalq artistləri Flora Kərimova, Cavanşir Quliyev, Faiq Ağayev, Baba Mahmudoğlu və Yalçın Rzazadə, əməkdar artist Yaqub Zurufçu təmsil olunurdular. Sözügedən müsabiqədə Aynur Hacıqurbanlı ilə yanaşı, hazırda məşhur olan bir neçə ifaçı, o cümlədən əməkdar artist Zaur Əmiraslanov iştirak ediblər.