Xalçanın üstünə soda səpin, sonra... - 8 İSTİFADƏ QAYDASI

Xalçanın üstünə soda səpin, sonra... - 8 İSTİFADƏ QAYDASI Bəlkə də bilmədiyiniz bir çox xüsusiyyətlərə malik olan məhsullardan biri karbonatdır (çay sodası). Şəxsi gigiyenadan tutmuş ev təmizliyinə qədər bir çox sahədə işinizə yaraya bilər. Milli.Az ailem.az-a istinadən karbonatdan 8 fərqli formada yararlanmağın yollarını göstərir.

Qoxuları aradan qaldırır

Soyuducudan pis qoxu gəlir? Soyuducunun rəflərinə ağzı açıq formada karbonat olan bir şüşə qoyun. Karbonat soyuducunun içindəki pis qoxunu aradan qaldıracaq.

Pedikür

Bərbərə pul xərcləmək istəmirsiniz və ya ona ayıracaq vaxtınız yoxdur. Bu məqamda da köməyinizə karbonat çatar. Bir qabın içərisinə karbonat və isti su tökün, ayağınızı bu suyun içində saxlayın. Sərtləşən ayaq dabanlarınıza və dırnaqlarınıza yaxşı təsir edəcək.

Ləkələri aradan qaldırır

Diş məcunu və karbonatı istifadə etmədiyiniz bir kasada qarışdırın. Sonra bu qarışımla farfor və gümüş əşyalarınızı təmizləyə bilərsiniz.

Xalça təmizləyici

Tozsoranı işə salmazdan əvvəl xalçanın üzərinə karbonat səpin və bir neçə dəqiqə gözləyin. Sonra tozsoranla işinizi görün. Xalçanın daha təmiz göründüyünü hiss edəcəksiniz.

Diş məcunu

Diş məcunu bitdikdə diş fırçanızın üzərinə karbonat töküb dişlərinizi təmizləyə bilərsiniz.

Yağları təmizləyin

Bir miqdar suyun içinə karbonat əlavə edin və yağlanmış səthləri təmizləyin.

Dezodorant

Karbonatı qoltuqaltılarınıza dezodorant kimi də istifadə edə bilərsiniz.

Saç təmizləyicisi

Təcili olaraq harasa getməlisiniz və saçlarınızın yağlı olduğunu düşünürsünüz. Bu zaman saç diblərinə karbonat sürtün. Bu, saçınızda yığılan yağı əməcək.

Oxşar xəbərlər