Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədov - Gəncə səhiyyəsinin inkişafı prezident İlham Əliyevin rəhbərliyi dövründə daha sürətli və dinamik oldu. Regionların sosial inkişaf proqramları çərçivəsində Azərbaycanın ikinci şəhərində son 5 ildə xeyli nəzərəçarpacaq işlər həyata keçirilib.
Bu müddətdə Gəncənin demək olar ki, bütün tibb müəssisələrində cari təmir və bərpa işləri aparılmış, bu günədək 350 adda müxtəlif tibbi aparatlar, müasir avadanlıqlar və ləvazimatlar verilmişdir.
Onu da qeyd etmək lazımdır ki, son 5 ilə qədər Gəncə kimi böyük bir şəhərdə bir dənə də olsun defıbrilyator, müasir analizatorlar, doğum evlərində çox vacib olan elementar küvez aparatları olmayıb və tibbi personal əhaliyə yüksək keyfıyyətli xidmət göstərməkdə çətinlik çəkiblər.
2006-cı ildən başlayaraq Gəncə səlıiyyəsində artım xətti üzrə sürətli inkişaf qeydə alınmağa başladı. Regional Perinatal Mərkəzin yenidən tikilərək istifadəyə verilməsi isə, ana və uşaq ölümü hallarının aşağı salınmasına, regionda ana və uşaqların sağlamlığının qorunmasında mühüm rol oynamağa başladı. Bu müəssisə hazırda müasir aparat və avadanlıqlarla, doğuş otaqları və küveyzlərlə təchiz olunmuş, bütün otaqlarda hamilə ana və yeni doğulmuşlar üçün bütün şəraitlər yaradılmışdır.
Son illər ərzində Gəncədə Regional Perinatal Mərkəzlə yanaşı Göz xəstəxanasının və Kardioloji dispanserin maddi texniki bazasının yaxşılaşdırılması, Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsi əsaslı təmir olunaraq müasir tibbi aparat və avadanlıqlarla təchiz olunmasını xüsusi vurğulamaq vacibdir. Bu müddətdə uzun illər təmirsiz olan Təcili Tibbi Yardım Maşınları qarajının təmir olunması, bu müəssisəyə verilən müasir təcili tibbi yardım maşınları da günü-gündən inkişaf edən Gəncə səhiyyəsinin göstəricidir.
Ötən müddətdə yeniyetmələrə və uşaqlara göstərilən tibbi xidmətin təkmilləşdirilməsi üzrə tədbirlər sırasında «Yenidoğulmuşların Elektron sağlamlıq kartı» Dövlət Proqramının uğurla həyata keçirilməsini, poliklinikaların cari təmir olunaraq vətəndaşların istifadəsinə verilməsini qeyd etmək vacibdir.
Azərbaycan Respublikası regionlarının 2009-2017-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Gəncə şəhər səhiyyə xidməti üzrə tibb müəssisələrinin təmiri, avadanlıq və inventarlarla təchiz olunması istiqamətində aparılan tədbirlər sırasında Regional Tibbi Diaqnostika Mərkəzinin fəaliyyətə başlaması xüsusi önəm daşıyır. Mərkəzdə Almaniya, Yaponiya, Türkiyə, Hollandiya istehsalı olan ən müasir tibb avadanlıqlar quraşdırılmış, müalicə və dializlər üçün hər cür şərait yaradılmışdır. Qəbul, hemodializ, flınksional diaqnostika və kompyuter tomoqrafiya, 20 çarpayılıq cərrahiyyə, 6 çarpayılıq reanimasiya, rentgen şöbələrində, laborator, stomatoloji, psixonevroloji, allerqoloji, ginekoloji, kardioloji, qastroenteroloji, oftalmoloji və digər kabinetlərdə xidmət göstərilir.
Gəncədə səhiyyənin ən vacib uğurlarından biri də, uzun illər baxımsızlıqdan yararsız hala düşmüş onkoloji xəstələrin müalicəsi üçün nəzərdə tutulan şüa aparatının müasirləşdirilməsidir. 2011-ci ildə dispanserin yeni müasir tələblərə cavab verəcək şəkildə inşa olunmuş şua korpusunda Çex Respublikasının istehsalı olan müasir "TERABALT" aparat kompleksinin istifadəyə verilməsi, nəzərdə tutulan struktur dəyişiklikləri, poliklinik strukturların fəaliyyətinin gücləndirilməsi istiqamətində atılan addımlar onkoloji xəstələrin şüa müalicəsi üçün Bakıya göndərilməsinin qarşısını aldı.
Əhaliyə tibbi xidmətin keyfiyyətini yüksəltmək məqsədi ilə demək olar Gəncənin bütün tibb müəssisələrində su və kanalizasiya sistemləri yenilənmis, xəstəxanalar və poliklinikalar isti su ilə təmin olunmuşlar. Hazırda Gəncənin 10-dan çox tibb müəssisəsi müasir istilik sistemi ilə təchiz olunmuşdur. Bu gün də bu istiqamətdə işlər davam etdirilir.
Gəncədə səhiyyə sahəsində dinamik inkişaf bu gün də durmadan gedir. Təcili Tibbi Yardım xəstəxanasının travmatologiya və terapiya şöbələri əsaslı təmir olunaraq yenidən qurulur. Bu il Gəncənin ən böyük tibb müəssisələrindən sayılan Abbas Səhhət adına xəstəxana, Yoluxucu xəstəliklər xəstəxanası, 6 saylı poliklinika da əsaslı təmir olunacaq. Bu müəssisələrdə artıq işlərə start verilib. Avropa standartlarına cavab verən təmirdən sonra həmin tibb ocaqlarında lazımı müasir texniki vəsaitlər, aparatlar quraşdırılacaq.
Görülən işlərin siyahısında Gəncə şəhər Yoluxucu xəstəliklər xəstəxanasında Respublika QİÇS-lə mübarizə Mərkəzinin İnsanın immun çatmamazlığı virusuna yoluxmuş xəstələr üçün rayonlararası Antiretrovirus Terapiya Mərkəzi yaradılmasını, laboratoriya avadanlıqlarla təmin edilməsini qeyd etmək vacibdir. Bu mərkəz Gəncədə, eləcə də regionda ən qorxulu bəlalardan olan QİÇS-in vaxtında aşkar edilməsini və erkən müalicənin aparılmasında yardımçı olur.
Gəncə və qərb regionunda yaşayan vətəndaşların sağlamlığının qorunması istiqamətində görülən ən önəmli işlərdən biri də vərəm əleyhinə Rayonlararası bakterioloji laboratoriyanın yaradılmasıdır. Müasir avadanlıqlarla təchiz olunmuş bu laboratoriya vərəmin erkən aşkarlanmasında keyfiyyətli yardımçı olacaq.
Gəncədə səhiyyənin inkişafı tək müəssisələrdə deyil, həm də tibbi personalın təkmilləşdirilməsində özünü göstərməyə başlayır. Artıq bir neçə ildir ki, mütəmadi olaraq həkim və tibb bacıları müxtəlif ixtisasartırma kurslarında iştirak edir. Səhiyyə Nazirliyi tərəfindən keçirilən həkim və tibb bacılarının sertifikasiyası imtahanlarında iştirak edirlər. Bu sahədə də göstəricilər ürəkaçandır. Belə ki, bu günədək sertifıkasiyadan keçən 200-dən çox tibb işçisindən yalnız 4-ü qeyri müvəffəq qiymətləndirilmişdir.
Gəncə səhiyyəsində aparılan islahat işləri sırasında tibb müəssisələri şəbəkəsində edilən dəyişiklikləri də vurğulamaq vacibdir. Belə ki, Dəri Zöhrəvi xəstəlikləri dispanseri ləğv edilərək A.Səhhət adına 1 saylı şəhər xəstəxanasının strukturuna daxil edilmiş, Tələbə poliklinikası ləğv edilmiş və onun ştat vahidləri hesabına ərazi poliklinikalarında tələbələrə xidmət göstərmək məqsədilə həkim məntəqələri təşkil edilmiş, 1 saylı Tibbi Sanitariya Hissəsi 2 saylı şəhər xəstəxanası, Ağ ciyər xəstəlikləri dispanseri - Vərəm əleyhinə xəstəxana, Rayonlararası Kardioloji dispanser-Kardioloji xəstəxana, Onkoloji dispanser-Onkoloji xəstəxana, 1 saylı Uşaq xəstəxanası -1 saylı birləşmiş uşaq xəstəxanası, 2 saylı Uşaq xəstəxanası -2 saylı birləşmiş uşaq xəstəxanası adlandırılmış, adları dəyişdirilmiş və ləğv edilmiş dispanserlərin ambulator xidmət üçün nəzərdə tutulan ştatları ərazi üzrə poliklinikalara verilmişdir. Şəhər üzrə çarpayı fondu 40% azaldılmışdır.
Gəncə səhiyyəsi durmadan inkişafdadır. 2017-ci ildə Səhiyyə Nazirliyinin dəstəyi ilə maddi texniki bazanın gücləndirilməsi - A.Səhhət adına xəsəxanada, Yoluxucu xəstəliklər xəstəxanasında və 6 saylı poliklinikada əsaslı təmir işləri davam edir, Vərəm əleyhinə xəstəxanada Rayonlararası bakterioloji laboratoriyanın, Təcili Tibbi yardım xəstəxanasının müştərək travmalar və daxili xəstəliklər şöbəsində əsaslı təmir işləri sona çatdırılmışdır. Onkoloji xəstəxanada "Siemens" istehsalı olan "somatom emotium 6» aparatının quraşdırılaraq kompyuter-tomoqraf-simulyator müayinəsinə başlanılmışdır. Bundan başqa elektron səhiyyə (Elektron Sağlamlıq Kartı, Tibbi müayinə kartı, Elektron əmr, Stasionların fəaliyyətinə elektron nəzarət) sistemləri ilə bağlı tədbirlərin icrası, doğuşayardım xidmətinin göstəricilərinin yaxşılaşdırılması, yoluxucu xəstəliklərlə mübarizə tədbirləri, profilaktik peyvəndlərin tələblərə uyğun həyata keçirilməsi, sanitar gigiyenik və əksepidemik tədbirlərə yüksək səviyyədə əməl olunması, stasionar şəraitdə istifadə olunan ən vacib dərman preparatları və tibbi ləvazimatların siyahısının genişləndirilməsi barədə 130 saylı əmrdən irəli gələn məsələlərin həlli və ambulator dərman tərninatının yaxşılaşdırılması, ilkin səhiyyə xidmətinin inkişafı, xəstələrin müayinə və müalicəsində klinik protokolların tətbiqinə nəzarətin gücləndirilməsi, kadrların təkmilləşdirilməsi, sertifikasiyası, praktik işə yüksək məsuliyyətli münasibət və digər tədbirlər qarşıda duran vəzifələr kimi müəyyən edilmişdir.
Bütün bu sadalananlar Gəncə səhiyyəsinin dünəni və bu günüdür. Ötən müddət ərzində görülən əməli işlər onu göstərir ki, yaxın 1-2 ildə Nizamı yurdunda vətəndaşların sağlamlığının qorunmasının təşkili üçün bütün imkanlar olacaqdır.