Baş terapevt hazırda insanlar arasında yayılan XƏSTƏLİKDƏN DANIŞDI: “Ondan uzaqlaşmaq...”

Baş terapevt hazırda insanlar arasında yayılan XƏSTƏLİKDƏN DANIŞDI: “Ondan uzaqlaşmaq...” “Sentyabr və may ayları arasında zaman kəsimi həm kəskin xəstəliklərin baş verə biləcəyi, həm də xroniki xəstəliklərin ağırlaşacağı dövrdür”.

Publika.az xəbər verir ki, bu sözləri baş terapevt Rəhilə Əliyeva bu gün Kliniki Tibbi Mərkəzdə keçirilən mətbuat konfransında bildirib.

R.Əliyeva bildirib ki, Kliniki Tibbi Mərkəzə ən çox müraciətlər tənəffüs sistemi xəstəlikləri, ürək damar sistemi, sümük oynaq, mədə-bağırsaq sistemi xəstəlikləridir:

“Ölümə səbəb olan birinci xəstəlik ürək-damar sistemi xəstəliyidir. Bu da əsasən hipertoniya, ürəyin işemik xəstəliklərdir. Ötən ilin sentyabr-dekabr aylarında Mərkəzin iki Terapiya şöbəsinə 378 nəfər müraciət edib ki, onların 113 nəfəri ürək-damar sistemi xəstəlikləridir. Hətta digər xəstəliklərlə müraciət edən xəstələrdə ürək-damar sistemi xəstəlikləri şikayəti olur.

Müraciətlərlə bağlı ikinci yerdə bronxial astma xəstəliyinin ağırlaşması ilə bağlıdır. Xəstələrin 30-u məhz bu şikayətlə, 17 nəfər isə pnevmaniya ilə müraciət edib. Sümük xəstəlikləri də əsasən mövsümi xarakter daşıdığından bu aylarda qeyd olunan şikayətlər artır. Bundan başqa, 34 nəfər ağciyərin xroniki abstruktiv xəstəliyi ilə bağlı müraciət edib. Bu şikayətlə əsasən siqaret çəkən kişilərdir”.

Baş terapevt bildirib ki, hazırda insanlar arasında yayılan xəstəlik xroniki respirator virus xəstəliyidir:

“Kəskin respirator xəstəliklər ağır xəstəlik hesab edilməsə də, insanlar bu xəstəliyə qarşı maksimum diqqətli olmalıdır. Ailədə belə xəstə olarsa, ondan uzaqlaşmaq çətin olur. Bu zaman çıxış yolu qoruyucu maskalar və qidalanmaya diqqət etməkdir. Bu, digər xroniki xəstəliklərin aktivləşməsinə də səbəb olur”.

Oxşar xəbərlər