Nicat Məlikov Ağsu rayonunda dəfn ediləcək

Nicat Məlikov Ağsu rayonunda dəfn ediləcək Jurnalist Nicat Məlikov doğulduğu Ağsu rayonunda dəfn ediləcək.
Report xəbərinə görə, N.Məlikovun nəşi Bakıdan Ağsuya aparılıb.
Qeyd edək ki, jurnalist ürəktutmasından dünyasını dəyişib. O, dükana gedərkən ürəyi tutub və yerə yıxılıb. 1979-cu il təvəllüdlü Nicat Məlikov "Exo", "Zerkalo", CBC və Vesti.az kimi KİV-lərdə fəaliyyət göstərib.

Oxşar xəbərlər