"Ölkə.Az"ın məlumatına görə, bu məsələ Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsində nəzərdə tutulur.
Bununla bağlı Məcəllənin 9 və 17-ci maddələrinə əlavə olunmuş bəndlərə əsasən hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda – məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək həmin şəxslərin Azərbaycandan getmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.
Qanun layihəsinə dəyişikliklər uyğunlaşdırma məqsədilə təklif edilir. Belə ki, Cinayət Məcəlləsinə uyğun olaraq məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya 8 yaşına qədər uşağı olan qadınlar, habelə 8 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq 8 yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.
Dəyişikliklər bu halda da məhkum edilmiş həm Azərbaycan vətəndaşlarının, həm də əcnəbi və vətəndaşlığı olmayan şəxslərin cəzanın çəkilməmiş hissəsindən azad edilənədək və ya şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək onların Azərbaycandan getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutur.