Azərbaycan əsilli iranlı iş adamı Rza Zərrabın ABŞ-da yenidən məhkəməyə çıxarılacaq.
“Ölkə.Az” xəbər verir ki, bu barədə amerikalı vəkil jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Rza Zərrab Nyu York məhkəməsində ona qarşı ittihamları qəbul edib və prokurorluq üçün şahidlik etməyə razılıq verib.
Rza Zərrabın işini aparan Riçard Berman məhkəmədə müttəhim kimi dindiriləcək şəxsin sadəcə “Halkbank” baş direktor müavini Hakan Atillanın olacağını açıqlayıb. Onun sözlərinə görə, Rza Zərrabın məhkəmədə Hakan Atillaya qarşı şahidlik edəcək. Eyni zamanda, məhkəmədə Xarici Aktivlərin İdarə Edilməsi Ofisinin eksperti Mark Dubovitz, FBİ agenti Lisa Palluconi, şahid Bülent Bulut də iştirak edib. Riçard Bermanın sözlərinə görə, əgər vaxt qalarsa, Rza Zərrab da dindirilə bilər.
Qeyd edək ki, məhkəməyə təxminən 500-ə yaxın şahid çağırılıb. Onların əllərində çağırış vərəqələri olub. Gözləmə salonundan məhkəməyə gedənlərin çoxu hansı səbəbdən çağırıldıqlarını, məhkəmənin hansı cinayət işi üzrə aparıldığını, vəkillərin kim olduğunu belə bilməyiblər.
Məhkəmənin hakimi Riçard Berman, 82 hakimlər namizədlərinə xitabən çıxışında məhkəmə işi ilə bağlı məlumat verərkən bildirib ki, təkcə Hakan Atilla mühakimə olunacaq. Münsiflər heyəti də sadəcə Hakan Atilla üçün təyin olunacaq. “ABŞ Zərraba qarşı” məhkəmə işinin adı “ABŞ Atillaya qarşı” şəklində dəyişdiriləcək.
Amerika mətbuatı Rza Zərrabın həbsdən çıxarıldığı, ancaq hələ də nəzarət altında saxlanıldığı və prokurorluqla danışıqlara başladığı xəbərini yayıb. “New York Times” qəzeti isə yazıb ki, Rza Zərrab həm günahını qəbul edib, həm də Hakan Atilla və digərlərinə qarşı şahidlik etməyə razılıq verib.
Xatırladaq ki, Rza Zərrab ötən ilin 21 mart tarixində ABŞ-ın Mayami şəhərində əvvəl saxlanılır, ardından isə həbs edilir. ABŞ prokuroru Preet Bhararanın apardığı istintaq çərçivəsində çirkli pulların dövriyyəsi, bank dələduzluğu və İrana qarşı həyata keçirilən sanksiyaları pozmaq ittihamı ilə həbs edilən R.Zərrabın 75 il həbsi istənilir.