İnsanlar tarix boyu kökəlməkdən və piylənməkdə qorxsalar, eyni zamanda bununla mübarizə aparsalar da, çox vaxt kilolar qalib gəlib. Bəzən insanlara hətta aclıq belə kömək edə bilməyib.
Bəs piylənməyin səbəbi nədir?
“Ölkə.Az” xəbər verir ki, amerikalı alimlərbu suala cavab tapmaq üçün araşdırmalar aparıblar. Aparılan araşdırmalardan məlum olub ki, piylənmə zülalların xüsusi bir mutasiya ilə əlaqələndirilə bilər. Təcrübələr yenə də siçanlar üzərində aparılıb.
Elm adamlarının keçirdiyi təcrübələr nəticəsində məlum olub ki, insan orqanizmində piylənmə qanda olan xüsusi gendən irəli gələ bilər. Bu gen sayəsində insan bədənində piylənmə yaranır. Çox qida qəbul etdikdə isə kökəlmə və piylənmə sürətlənir. Bundan başqa, qanda olan “Glut4” sayəsində insanın piy qatı qalınlaşır.
Biokimya mütəxəssissi və həkim Corc Qeller hesab edir ki, insan orqanizmində kökəlmək məhz qandan irəli gəlir. Əgər insan piylənməyin qarşısını almaq istəyirsə, mütəmadi olaraq qanına diqqət yetirməlidir. Qandakı zülalları və “Glut4” maddələri çoxaldığı zaman həkimə müraciət edilməlidir. Bu zaman qanı müxtəlif üsullarla ətmizləyirlər.
Braziliyalı alimlərin araşdırması nəticəsində isə insan orqanizmində piylənmənin səbəbi insan mədəsində və bağırsağında yığılan doymuş yağlarda tapılıb. Bu barədə araşdırmalar aparılıb. Araşdırmalar ilk öncə siçanın üzərində həyata keçirilib. Siçanlara doymuş yağlardan ibarət maddələr verilib. Nəticələr özünü çox gözlətməyib. Belə ki, siçanlar bir həftənin içərisində çəkilərini artırıblar. Həkimlərin fikrincə, doymuş yağlar bağırsağa və mədəyə düşdükdən sonra orqanizmdəki hüceyrələri öldürür. Nəticədə insanın doyma hissi öz funksiyasını itirir və siqnal beyinə gedib çatmır.
Hazırda həkimlər itirilmiş hüceyrələrin bərpasının necə həyata keçirilməsi üzərində çalışırlar.