Porno izləmək zərərlidirmi? — BBC araşdırdı, şok nəticə ortaya çıxdı

Porno izləmək zərərlidirmi? — BBC araşdırdı, şok nəticə ortaya çıxdı Porno filmini izləmək artıq internet sayəsində daha asandır. İnternet istifadəçiləri artdıqca, porno izləyənlərin də sayı artır.

“Ölkə.Az” xəbər verir ki, BBC porno izləməyin insanların davranış, münasibət və istəklərinə necə təsir etdiyini araşdırıb. Dünyanın fərqli yerlərində insanlar müxtəlif dillərdə danışır, fərqli qidalar yeyir və fərqli emosiyalar keçirirlər. Lakin dünyada milyonlarla insan porno izləyir. Geniş kütlələr tərəfindən baxılsa da, porno cəmiyyətin əsas problemlərindən hesab olunur. Porno hətta siyasətçilər tərəfindən pislənib və təhlükəli hesab edilib.

Porno izləmək zərərlidirmi? — BBC araşdırdı, şok nəticə ortaya çıxdı


Son illər porno, internet və sürətli virtual bağlantılar sayəsində tamamilə dəyişib. Nyukasl Universitetinin mütəxəssislərinin araşdırmaları nəticəsində müəyyən olub ki, virtual reallıq, porno təcrübəsini müstəqil müşahidəçi formatından qəhrəmanlığa çevirir. Mütəxəssislər bunun reallıq ilə fantaziya arasındakı fərqi ayırd edə bilməmək, münasibətlərin korlanması və zərərli davranışlara səbəb ola biləcəyini deyirlər.

Porno izləmək zərərlidirmi? — BBC araşdırdı, şok nəticə ortaya çıxdı


Pornonun insanlara təsir göstərib-göstərmədiyini izah edən dəlil varmı?

Əslində alimlər üçün bu sahəni araşdırmaq çox çətindir. Buna baxmayaraq, porno araşdıran mütəxəssislər aşağıdakı nəticələri əldə ediblər.

Cinsi zorakılıq

Porno ilə bağlı əsas sual onun təcavüz və cinsi zorakılıq davranışlarına səbəb olmasıdır. Bu məsələ uzun illərdir araşdırılır. Buna misal kimi 1970-ci illərdə Kopenhagen Universitetinin kriminologiya bölməsi üzrə professoru Berl Kutçinski, Danimarka, İsveç və Almaniyada altı cinsi cinayət hadisəsini araşdırıb. Müəyyən edib ki, 60-cı illərin sonu 70-ci illərin əvvəlində həmin ölkələrdə porno izləmək barədə qadağa ləğv edilib. Kutçinski müəyyənləşdirib ki, cinayətin artmasının porno ilə əlaqəsi yoxdur. Çünki bu müddətdə zorlama və uşaqlara təcavüz hadisələri azalıbmış.

Porno izləmək zərərlidirmi? — BBC araşdırdı, şok nəticə ortaya çıxdı


1995-ci ildə isə 4 min nəfərin iştirakı ilə baş tutan 24 araşdırma nəticəsində pornodan istifadə ilə zorlanma hadisəsi və seksual təcavüz anlayışları arasındakı əlaqə ortaya qoyulub.

“İlk görüşdə kişinin evi və ya mənzilinə gedən qadının məqsədi sekslə məşğul olmaqdır”. Yalnız eksperimental araşdırmalarda porno izləyənlər zorlanma mifini qəbul ediblər. İştirakçıların verdiyi məlumatlar əsasında isə məlum olub ki, burada heç bir əlaqə yoxdur.

Porno izləmək zərərlidirmi? — BBC araşdırdı, şok nəticə ortaya çıxdı


Lakin son illərdə porno daha çox zorakılığa cəlb etmə kimi qiymətləndirilib. Mövzu haqqında bu yaxınlarda çəkilən bir sənədli filmdə veteran porno ulduzu deyib ki, 1990-cı illərdə porno, “yataqda sevişmək” və “son dərəcə romantik seks” ilə məşğul olmaqdan ibarət olub. 2010-cu ildə tədqiqatçılar 300-dən artıq porno səhnəsini analiz etdikdən sonra onların 88 faizində fiziki təcavüzə rast gəlindiyi müəyyən edilib. Təcavüz edənlərin əksəriyyətinin kişilər, onların hədəflərinin isə qadınlar olduğu müəyyən edilib.

Porno izləmək zərərlidirmi? — BBC araşdırdı, şok nəticə ortaya çıxdı


Digər araşdırma isə 2009-cu ildə aparılıb. Burada 80-dən artıq araşdırma aparılıb. Araşdırmanın nəticələrinə görə, pornodan istifadə ilə zorakılıq arasındakı əlaqə çox zəif olub. Aradakı əlaqəni göstərən hər hansı sübut isə media və ya siyasətçilər tərəfindən şişirdilir. “Artıq pornoqrafiyanın cinsi zorakılığa səbəb olması barədə fikirlərdən imtina etməyin vaxtıdır”, - deyə məlumatda yazılıb.

Porno izləmək zərərlidirmi? — BBC araşdırdı, şok nəticə ortaya çıxdı


Kaliforniya Universitetinin mütəxəssisi Neil Malamut porno və burada cinsi zorakılığın əlaqələrini müəyyən edən çoxlu araşdırmalar aparıb. Araşdırmalar nəticəsində o, müəyyən edib ki, porno izləyən kişilərin çoxu seksual baxımdan aqressivdir. Onlar seksual aqressiv hərəkətlər etməyə daha çox meyllidirlər.

Porno izləmək zərərlidirmi? — BBC araşdırdı, şok nəticə ortaya çıxdı


Lakin Malamut seksual zorakılığın səbəbini porno ilə əlaqələndirməyib. O, iddia edirdi ki, porno da spirtli içkiyə düşkün olmanın bir növüdür. Yəni porno mahiyyət olaraq təhlükəli deyil, lakin risklidir və təhlükəli ola bilər.

Cinsi həyat

Porno izləməyin cütlüklərin cinsi həyatına pis təsir göstərdiyi barədə fikirlər formalaşıb. Lakin bu məsələ izlənən porno filmin formasından asılı ola bilər. Araşdırmaya əsasən, porno izləyən kişilər seks həyatlarından daha az razı qalırlar. Qadınlar isə tam əksini düşünürlər. Mütəxəssislərin fikrincə, bu qadınların porno filmi daha çox partnyorları ilə birgə izləməsindən irəli gələ bilər. Kişilər isə təklikdə iki tərəfin də razılığı ilə çəkilən porno filmi daha az seyr edirlər. Başqa bir araşdırmada göstərilir ki, partnyorları ilə birgə porno izləyən insanlar tək izləyənlərə nisbətən, özlərini daha sadiq və seksual baxımdan məmnun hesab edirlər.

Asılılıq

Belə bir fikir formalaşıb ki, pornonun yaratdığı ən pis vərdişlərdən biri də asılılıqdır. Kembric Universitetində aparılan bir araşdırmada porno asılılığı narkotik vasitədən asılılığa bənzədilib. Müəyyən edilib ki, hər ikisinin verdiyi həzz beyindəki 3 nöqtəni tərpədir.

Porno izləmək zərərlidirmi? — BBC araşdırdı, şok nəticə ortaya çıxdı


Yəni, araşdırmalara görə, narkotik qəbul edən insanlardakı cinsi istək pornoya baxan insandakı cinsi istəklə eyni dərəcədə artır. Bu normal halda insan beynində daha az hiss edilir.

Lakin araşdırmalardan belə nəticəyə gəliblər ki, narkotik istifadəçiləri həmin hisslərə alışırlar və bunu təkrar yaşamaq üçün yenidən narkotik qəbul edirlər. Porno izləyənlərdə isə bu dərəcədə asılılıq yaratmır.

İngiltərə Sağlamlıq Xidmətlərində isə aparılan araşdırmalardan sonra belə nəticəyə gəliblər ki, pornonun yaratdığı asılılıq narkotik maddənin yaratdığı asılıqla eynidir. Porno izləmədən dayana bilməyən insanlar seksdən asılı olurlar. Porno seksin bir hissəsi olsa da, hələlik bunun asılılıq yaratması barədə tutarlı faktlar da əldə olunmayıb.

Nəticələr?

Porno izləmək həm fərdlər, həm də cəmiyyət üçün bir çox problemlərə səbəb ola bilər. Araşdırmalar zamanı tez-tez dəlillər qarışdırılır və araşdırma metodları və ya nümunə ölçüləri məhdud şəkildə təqdim olunur.

Getdikcə daha çox yayılan porno sayəsində insanlar üçün risklər də artırmı? Hazırda bu suala cavab vermək çox çətindir.

Bu, heç də asan tədqiq oluna bilən bir sahə deyil. Cavablar hələ dəqiq olmasa da, dəlillər göstərir ki, pornonun neqativ təsiri daha çox ona baxan şəxsdən asılıdır. Yəni nakam sevgi yaşayan insan, yaxud porno asılılığı olan insanın hisslərini müəyyən etmək çox çətindir.

Oxşar xəbərlər