Mübariz Mənsimov "ölüm ayağında" — Vahid Ələkbərovdan açıqlama

Mübariz Mənsimov Xəbər verildiyi kimi 2017-ci il sentyabrın sonlarında azərbaycanlı gəmiçilik maqnatı Mübariz Mənsimovun “Palmali” şirkəti digər azərbaycanlı maqnat Vahid Ələkbərovun “Lukoil” şirkətinin törəməsi olan “Litasco” treydinq şirkətini London məhkəməsinə verib. İddiaya əsasən “Litasco” “Palmali”yə 2 milyard dollar ödəməlidir.
Ölkə.Az yerli KİV-ə istinadən xəbər verir ki, bu gün “Nezavisimaya qazeta” nəşri həmin iddia ətrafında baş verənlər haqda yazıb. Məqalədə deyilir ki, “Palmali” “Litasco”nu müqavilə öhdəliklərini yerinə yetirməməkdə, başqa sözlə “Palmali” ilə bağlanmış müqavilədə göstərilmiş həcmdə neft həcmi verməməkdə günahlandırır.

Buna cavab olaraq Vahid Ələkbərov bildirib: “Bu gün bildiyiniz kimi “Palmali” müflisləşmə ərəfəsindədir. Mən belə fikirləşirəm ki, bu məhkəmə iddiası sadəcə olaraq diqqəti yayındırmaq üçündür. Bizim əlimizdə sənəd var, hansı ki, onlar 2015-ci ildə imza atıblar ki, bizə hansısa iradları yoxdur”. (Qəzet Ələkbərovun açıqlamasını rns.online portalına istinadla verir).



Məqalədə deyilir ki, “Palmali”nin “Lukoil”un törəmə şirkətini məhkəməyə verib-verməməsi, bu iddianın nə dərəcədə əsaslı olması bir tərəfə, türk şirkətinin özü və onun sahibi qanunsuz işlərə getdikcə daha çox bulaşır.

Belə ki, 2013-cü ildə Rusiyada vergi xidmətinin yoxlaması zamanı “Palmali”nin bu ölkədəki törəmə şirkəti olan “Palmali” MMC-nin iri məbləğdə vergidən yayındığı üzə çıxıb.
2016-cı ilin yanvarında Rusiya İstintaq Komitəsinin Cənub istintaq idarəsi Federal Vergi Xidmətinin materialları əsasında “Palmali” MMC-nin direktoru Aleksey Mixeyelovun barəsində cinayət işi qaldırıb. O, iri məbləğdə vergidən yayınmaqda ittiham olunur. Direktorun bu vergi maxinasiyalarını özbaşına, yoxsa “Palmali”nin sahibi Mübariz Mənsimovla əlbir həyata keçirdiyi haqda suala müstəntiqlər cavab verməyiblər. Hərçənd ağlabatan deyil ki, Mənsimovun bunlardan xəbəri olmasın. Xüsusən də söhbət 1.2 milyard rubl vergidən yayınmadan gedirsə.

Sənədlərə əsasən 2013-cü ilin sonlarında Rostovda qeydiyyatdan keçmiş “Palmali” MMC-nin səhmlərinin sahibi olan Türkiyə şirkəti “Palmali” Gemi Hizmetleri ve Agentelik Anonim Sirketi Rusiyadakı firmanı satmağı qərara alır. Alıcı kimi isə Maltada qeydiyyatdan keçmiş “Palmali Holding Co. Ltd” çıxış edir. Baxmayaraq ki, hər iki şirkətin sahibi eyni adamdır-Mübariz Mənsimovdur. Başqa sözlə, bu alqı-satqı bir cibdən alıb o biri cibə qoymaqdır. Hərçənd “Deloitte Malta” audit şirkətinin hesabatına əsasən “Palmali” MMC 230 milyon dollara satılıb.

Bu sövdələşmənin əsasənda “Palmali” Gemi Hizmetleri və Agentelik Anonim Sirketi 2013-cü ildə “Palmali Holding Co. Ltd”-dən avans kimi 140 milyon dollar alıb. 2014-cü ildə isə pulun qalanı-40 milyon dollar ödənilib. Baxmayaraq ki, “Palmali” MMC-nin səhmlərini “Palmali Holding Co. Ltd” 2014-cü ilin yanvarında almışdı. Ən maraqlısı isə budur ki, alqı-satqı müqaviləsi 2015-ci il noyabrın 5-i tarixə imzalanıb. Lakin müqavilədə şirkətin 230 milyon dollara yox, 38 dəfə ucuz-6.1 milyon dollara satıldığı göstərilir. Nəticədə Türkiyə şirkəti Rusiya büdcəsinə 44.8 milyon dollar vergi ödəməli olduğu halda cəmi 1.22 milyon dollar ödəyib.

Lakin Mübariz Mənsimov təxmin edirdi ki, Rusiyanın vergi orqanları bu sövdələşməni araşdıracaqlar. Ona görə də tərəflər əvvəlcədən müqaviləyə belə bənd daxil etmişdilər: “Satıcı təminat verir ki, bu müqaviləni bir sıra şərtlər üzündən özü üçün olduqda əlverişsiz şərtlərlə bağlayır”.

Lakin həmin bənd “Palmali”ni xilas etmədi. Vergi orqanları bu maxinasiyanın üstünü açdı. “İstənilən biznes, xüsusən də böyük və ciddi biznes şirkətin imicinə əsaslanır. Bu dünyada belə deyirlər: “Siz mənim sözümü götürüb banka qoya bilərsiniz”. Mübariz Mənsimovun sözü isə bu gün belə təəsürat yaranır ki, heç əzik quruşa da dəymir. Demək olar ki, Mübariz Mənsimovun tanker donanması sürətlə dibə gedir. Onun şirkəti isə imicini, tərəfdarlarını, etibarını görünür çoxdan itirib”-“Nezavisimaya qazeta” yazır.

Oxşar xəbərlər