Avtomobil əvvəlcə ağaca, daha sonra yol kənarındakı elektrik dirəyinə çırpılıb
Türkiyənin Konya şəhərində 3 nəfərin ölümü, 2 nəfərin isə yaralanması ilə nəticələnən yol qəzasından bir neçə dəqiqə əvvəl çəkilən görüntülər yayılıb.
AZTB.info metbuat.az-a istinadən bildirir ki, qəza dünən Səlcuqlu mahalında baş verib. Avtomobil əvvəlcə ağaca, daha sonra yol kənarındakı elektrik dirəyinə çırpılıb. Bundan sonra yanan avtomobildə sürücü Mehmet Büyükuyanık, İbrahim Tat və İbrahim Serin həyatlarını itirib. Qəzada ölən Mehmetin hadisədən azacıq əvvəl sosial şəbəkədə paylaşdığı video diqqət çəkib. Görüntülərdə avtomobilin sürət həddinin saatda 200 km-ə çatdığı görünür.
Həmin kadrları təqdim edirik: