"Ölkə.az İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stavın müsahibəsini təqdim edir.
- Azərbaycan İsrail münasibətlərinin daha da möhkəmlənməsinin təməli İsraildən Azərbaycana 1993-cü ildə ilk səfirin təyin olmasından başlayıb. Cənab səfir, həmin vaxtdan bu günə qədər iki ölkə arasında siyasi təmasların inkişaf dinamikasını necə xarakterizə edərdiniz?
- Azərbaycanlılarla Yəhudilərin birgə yaşayışı Azərbaycan müstəqillik əldə etdikdən də əvvəl olub. Onlar çox zamanlar əvvəl birgə yaşayırdılar.
Azərbaycan müstəqilliyini elan etdikdən sonra bizim üçün, İsrail dövləti üçün təbii olaraq bu müstəqilliyi tanımaq idi. Çünki İsreaildə yaşayan yəhudilərin Azərbaycana münasibəti həmişə yaxşı olub. Azərbaycanı həmişə dəstəkləyən İsrail Dövləti bundan çox məmnun olub, xüsusilə Heydər Əliyevin hakimiyyəti gəlişindən sonra bu münasibətlər daha da genişləndi, bu münasibətlər bir neçə sahəyə dayaqlanır.
Qeyd etmək istəyirəm ki, biz Azərbaycanın əsaslandığı məqamlara xüsusilə hörmətlə yanaşırıq. Bunlardan birincisi odur ki, Azərbaycan dünyəvi ölkədir. Bununla belə İslam ölkəsidir. Bundan başqa Azərbaycan başqa İslam ölkələri kimi, İran, İraq, Suriya, Həmən, Əfqanıstan, Pakistan kimi ölkələrdən fərqli olaraq multikultural dəyərlərə əsaslanan ölkədir.
İkinci məqam budur ki, Azərbaycan və İsrail Dövlətləri arasında iqtisadi əlaqələr mövcuddur. Bəllidir ki, Azərbaycan İsrailə neft ixrac edən ölkələrdən biridir. İsrail qaz ixrac edən ölkələrdən biri olacaq və bunu TANAP vasitəsi ilə etmək imkanı vardır. Bu da iqtisadi əlaqələrin daha da dərinləşməsini təmin edən amillərdən biridir. Bundan başqa İrail Dövləti Azərbaycan şirkətlərinin ofşor zonalarda yerləşən qaz yataqlarının işlənməsində iştirakını dəstəkləyir. Qeyd edim ki, qaz emalı sahəsində Azərbaycanın SOCAR şirkətinin təcrübəsindən İsrail şirkətləri çox şeylər öyrənə bilərlər. Belə ki, SOCAR şirkəti yüksək səviyyədə təşkilatçılıq və idarəetmə təcrübəsinə malikdir.
Üçüncü məqam budur ki, İsrail və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq mövcuddur. Bu da Azərbaycanın müdafiə potensialının artmasına xidmət edir.
Nəhayət, bir məqamı da qeyd edim ki, Azərbaycan və İsrail Dövlətləri Orta Şərqdə sabitliyin qurulmasının tərəfdarıdırlar.
- Azərbaycan-İsrail münasibətlərindən danışarkən, dövlət və hökumət başçılarının qarşılıqlı rəsmi görüşlərini xüsusi qeyd etmək lazımdır. Bu səfərlər çərçivəsində əldə edilən razılaşmalar əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayır. Bu əməkdaşlığın bugünkü vəziyyəti barədə danışardınız.
- Mən sizinlə razılaşıram. Bu əlaqələr yüksək səviyyədədir. Buna sübut kimi Baş Nazir Netanyahunun ötən ilin dekabrında Azərbaycana səfərini misal göstərmək olar. Bütün bu qarşılıqlı səfərlər əməkdaşlığın genişləndirilməsi imkanlarını artırır.
- Hazırda Azərbaycanda 40-dan çox İsrail şirkətləri fəaliyyət göstərir. Bu şirkətlərin fəaliyyəti Azərbaycan iqtisadiyyatına hansı töhvələri vermişdir?
- İsrail Azərbaycanda sabitliyin davamlılığı ilə çox razıdır. Bu sabitlik iqtisadi əməkdaşlığı daha da inkişaf etdirməyə imkanlar yaradır. Dövlət arasında bağlanan Sazişlər iqtisadi əməkdaşlığın təməlini yaradır. Əsas ağırlıq özəl şirkətlərin üzərindədir. Çox məmnunam ki, onlarla İsrail şirkəti Azərbaycanda fəaliyyət göstərirlər. Onlar təkcə öz məhsullarının satışı ilə yox, həm də buranın iqtisadi imkanlarını öyrənir, fəaliyyət dairələrini genişləndirmək imkanlarını qazanırlar. Qeyd edim ki, Azərbaycanda kənd təsərrüfatı İnformasiya Kommunikasiya Texnologiyaları, əczaçılıq və təhsil sahəsində fəaliyyət imkanları böyükdür.
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə mövqeyi bəlli olan İsrail Dövləti bu münaqişənin tənzimlənməsində həlledici amil kimi nəyi görür?
- Hər bir ölkə Dağlıq Qarabağ problemini öyrənir və öz tarixi ilə müqayisə edir. Öz tariximizlə müqayisə edərək deyə bilərəm ki, bu problemin həlli ancaq sülhlə ola bilər. İsrail Dövləti yarandığı gündən ətraf ərəb dövlətləri bunu qəbul etmirdilər. bu da İsrail və ərəb dövlətləri arasında qanlı müharibələrin baş verməsinə gətirib çıxartdı. İlk dəfə Misirin Prezidenti Ənvər Sadat və İordaniyanın Kralı Hüseyn İsraillə sülh müqaviləsinin bağlanması barədə qərar verdilər və bu sülh müqaviləsi bağlandı. Bilirəm ki, Qarabağ münaqişəsi ilə bizim problemləri eyniləşdirmək olmaz, ancaq münaqişələrin həlli üçün əsaslar eynidir. Bu əsalardan birincisi sülh danışıqlarıdır ki, bu danışıqların əsası Sülh Sazişinin bağlanmasına yönəlməlidir. Bu danışıqlar iki tərəfin iştirakı ilə, hər iki tərəfin qəbul etdiyi Beynəlxalq Təşkilatların vasitəçiliyi ilə, məsələn, Minsk Qrupunun iştirakı ilə aparılmalıdır. Razılaşma hər iki tərəfdən qəbul olunmalıdır və hər iki tərəf bu Sülhün mütləqliyini qəbul etməlidirlər.
- İsrail təbabətinin yüksək səviyyəsi məlumdur. Azərbaycanda da bir neçə İsrail klinikaları fəaliyyət göstərir. Tibb mütəxəssislərinin mübadiləsi hansı səviyyədədir?
- Belə bir anlayış var-tibbi turizm. Azərbaycan vətəndaşları da İsraili tibb turizmi kimi qəbul etmişlər və bu baxımdan yaxşı tanıyırlar. İsrail bu sahədə inkişaf etmiş dövlətdir. Bizim istədiyimiz də budur ki, Azərbaycanın bu sahədə apardığı siyasətə dəstək olaq, öz təcrübəmizlə bölüşək, yeni texnologiyaların yayılmasında iştirak edək, ekspertlərimizlə bu işə dəstək olaq.
Demək istəyirəm ki, bu həftə AzərbaycanTibb Universitetində seminarlar keçiriləcək və bizim ekspertlər də iştirak edəcəklər.
- Cənab səfir, İsrail iş adamlarının Azərbaycan iqtisadiyyatının hansı sahələrində iştirak etməyə maraqlıdırlar?
- Əməkdaşlıq üçün bir neçə sahələr vardır ki, bunların birinin üstündə dayanmaq istəyirəm. Bu da kənd təsərrüfatı sahəsidir. Prezident İham Əliyevin son müşavirələrdə xüsusilə kənd təsərrüfatının inkişafını postneft dövrünün iqtisadiyyatında mühümlüyünü göstərmişdir. Kənd təsərrüfatının inkişafı üçün Azərbaycanda hər bir şərait vardır. Buraya münbit torpaq, su ehtiyatları, 11 iqlim şəraitindən 9-u və ən əsası işləməyi sevən bacarıqlı insanlar vardır. İsrailin bu sahədə təcrübəsi böyükdür və təcrübəmizlə bölüşməyə hazırıq. Bu sahələrə heyvandarlıq, istixanaların tikilməsi, su ehtiyatlarından səmərəli istifadə sahəsi və başqa əsaslı sahələr daxildir.
- Azərbaycan tolerant ölkədir. Azərbaycanda yəhudilərə yaradılan şərait Sizi qane edirmi?
- Belə fikirləşirəm ki, Azərbaycanda tolerantlıqdan danışmaqdan başqa, daha da dərin olan adətlərdən danışmaq lazımdır. Yəhudilər Azərbaycanda min illərdir yaşayıblar, onların adətləri yerli əhali tərəfindən qəbul olunur, təkcə yerli əhali yox, dövlət tərəfindən də dəstəklənib. Qeyd edim ki, Sinaqoqlar olan şəhərlərdə-Bakıda, Oğuzda, Qırmızı Qəsəbədə, Qəbələdə Sinaqoqlara giriş sərbəstdir, azatdır. Heç bir yoxlamalar yoxdur. Bu da sübut edir ki, yerli əhali ilə yəhudilər arasında ayrıseçkilik yoxdur.
- Cənab səfir, İsrail Dövlətinin sizin regionunuzda baş verən münaqişələrə münasibəti necədir?
- Uzun zamanlar belə bir fikir var idi ki, Fələstinlə İsrail arasında münaqişə Yaxın Şərqin yeganə münaqişəsidir və bu münaqişə həll olunsa bütün problemlər həll olunacaq. Lakin bu regionda baş verənlərə baxsaq, xüsusən də “Ərəb Baharı”ndan sonra baş verənlər göstərdi ki, bu problemlər yeganə deyilmiş. Bu regiona aid olan Afrikanın Şimal hissəsi, Liviya, Livan, Suriya və Yəmən hadisələri göstərir ki, beynəlxalq terror təşkilatları bu regionda öz qüdrətlərini artırmaq istəyirər və bunun üçün də bəzi ölkələrdən maddi kömək alırlar. Onu da qeyd edim ki, terrorizmi tənqid edən ölkə bunu bütün terrorizmə aid etməlidir. Ayrı seçkilik yolverilməzdir. Avropanın ölkələrində-Fransa, Belçika, İngiltərə, Almaniyada baş verənlər həmin terrorizmin zühurudur və təkcə bizim regionda deyil, bütün dünya ölkələrini əhatə edir. Baş verən hadisələr buna sübutdur.
Əvvəlcə dediyim kimi, Sülh razılaşması ancaq danışıqlar yolu ilə əldə oluna bilər və bunu bütün dövlətlər dəstəkləməlidirlər. Heç kəs öz mövqeyini tərəflərə diqtə edə bilməz.
- İran-İsrail münasibətləri nə vəziyyətdədir və İranın “İsgəndər” raketlərini almasına münasibətiniz necədir?
- İranla İsrail arasında heç bir diplomatik münasibət yoxdur. Buna da səbəb İranın öz hegemonluğunu bütün regiona yaymaq, Orta Şərqdə başqa ölkələrinə də yaymaq istəyidir. İran vətəndaşlarına qarşı heç bir etirazımız yoxdur, lakin, İran teokratik rejim tərəfindən idarə olunur, terrorist təşkilatlara təstək verirlər və öz siyasətlərini açıq nümayiş etdirirlər. Həmin terrorist təşkilarlardan biri də “Hizbullah” təşkilatıdır ki, İran onları hər cür silahlarla silahlandırır və maddi yardım edir. Bu da çox təhlükəlidir. Belə ki, “Hisbullah” İsrail vətəndaşlarına qarşı aqresiv hərəkətlər edir. İran Dövləti Əfqanıstandan və Pakistandan olan şiə müsəlmanlarını Suriyaya döyüşlərə göndərir və onların vasitəsi ilə regionda öz gücünü artırmağa çalışır.
İsrail Dövləti 1991-ci ildə ilk dəfə olaraq İraq tərəfindən raket atəşinə tutuldu. Bundan sonra “Xamas” və “Hizbullah” təşkilatları Livandan İsraili raket atəşinə tuturdular. Buna görə də İsrail məcburən raketdən müdafiə sistemini gücləndirdi və inkişaf etdirdi. İsrail bu hədələrdən müdafiə üçün məcburən bu sistemi yaratmalı idi. İranın isə “İsgəndər” raketlərini almağı müdafiədən çox öz gücünü regionda nümayiş etdirmək niyyəti daşıyır.
- Cənab səfir, son olaraq Azərbaycan haqqında təəssüratınız necədir?
- Siz öz suallarınızla çox sahələri əhatə etdiniz. Demək istəyirəm ki, Azərbaycanda səfir olmağımdan çox məmnunam. Azərbaycanın hər hansə bölgəsində oluramsa da çox yaxşı qarşılanıram. Azərbaycanın əksər bölgələrində olmuşam. İcra başçıları ilə görüşmüşəm. Vətəndaşlarla görüşlərim çox xoş olubdur. Ancaq onu deyə bilərəm ki, Azərbaycandan çox razıyam.
Azərbaycanın gəzməli, görməli yerləri çoxdur. İsraildən olan turistlər Azərbaycana maraq göstərməyə başlayıblar. Ümid edirəm ki, turist mübadiləsi daha da güclənəcək, İsraildən olan turistlər Azərbaycana daha çox gələcəklər.